Elektron Təhlükəsizlik Mərkəzi

Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən dövlət orqanıdır.[2] 5-ci hissəsinə əsasən yaradılmışdır. Mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Elektron Təhlükəsizlik Mərkəzi
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi
Ümumi məlumatlar
Yaradılma tarixi 26 sentyabr 2012
Ləğv edilib 5 mart 2013
Sonrakı Elektron Təhlükəsizlik Xidməti
Tabelik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Baş qərargah Bakı, Azərbaycan
Rəhbərlik
Direktoru Faiq Fərmanov [1]

Rəsmi saytı cert.az

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

  • kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir;
  • informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir;
  • mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir;
  • elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir;
  • ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir;
  • kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edilib". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanı". 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]