Elektron nəşr

Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu.

Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.).

Elektron sənədlərə aşağıdakılar aiddir:

  • elektron kitablar,
  • elektron məqalələr və göstəricilər,
  • yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları,
  • rəqəmsal şəklə salınmış video və audiomateriallar,
  • elektron materialların digər müxtəlif növləri.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
  • Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.