Elektroretinoqramma

Elektroretinoqramma — İşıq qiciğının təsirindən zədələnmiş gözdə və ya bilavasitə torlu qişada potensiallar fərqini elektroretinoqramma adlı elektrik dalğaları ilə qeyd etmək olar.Çöpəbənzər və kolbayabənzər hüceyrələrdəki fotokimyəvi proseslərdən ERQ-nın asılılığı gözün işığa həssas reseptorlarının və görmə piqmentlərinin ontogenezdə əmələ gəlməsinin eyni vaxtda düşməsi ilə əlaqədardır.İşıq qıcığı zamanı ERQ şəklində qeyd olunan elektrik potensiallarının tədricən dalğalanması görmə siniri liflərinin xaric olduğu qanqlioz hüceyrələrdə potensialları əmələ gətirir.Bu sinirdə fəaliyyət potensialını ilk dəfə E.Edrian və Metyuss (1927) qeydə almışdır.Fotoreseptorlarda membran potensialının dəyişməsi ilə afferent sinir lifinin impulslar axını arasındakı əlaqə Xartlay tərəfindən öyrənilmişdir.[1]

  1. Cəfərov Faiq İnsan fiziologiyası.II cild.Bakı.2011 .