Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elektrovakuum cihazlar — daxilində vakuumda və ya, qazda hərəkət edən elektronların, yaxud, ionların hərəkəti hesabına elektrik keçiriciliyi yerinə yetirilən cihazlardır. Elektrovakuum cihazları elektron-idarə olunan lampalara, elektron-şüa və qazboşalma cihazlarına bölünürlər. İstənilən elektrovakuum cihazının əsas konstruktiv elementləri balonun (qaz keçməyən örtüyün) daxilində yerləşdirilmiş elektrodlardır. Elektrodlar, elektronları (ionları) emissiya edən (buraxan), yaxud yığan, ya da onların bir elektroddan o biri elektroda hərəkətini idarə edən naqillərdir. Təyinatından asılı olaraq elektrovakuum cihazlarının elektrodları katod, anod və idarəedici elektrodlara bölünürlər. Katod bu cihazlarda elektronlar mənbəyidir. Anod sürətləndirici elektrod olub çıxış elektrodu və əsas kollektor (yığıcı) rolunu oynayır. İdarəedici elektrod, əsas elektron selini idarə etmək üçün nəzərdə tutulmuş elektroddur. Əgər idarəedici elektrod tor şəklində hazırlanıbsa, onu idarəedici tor adlandırırlar. Elektrodları sap, müstəvi lövhə, boş silindr və spiral şəklində hazırlayırlar, onları balonun daxilində xüsusi tutqacların üstündə: traverslərdə və slyudada , yaxud keramik izolyatorlarda bərkidirlər.[1]
Elektron-idarə olunan lampalar dedikdə, işi elektrodlar arasındakı potensiallar fərqi vasitəsilə fəza yükünün idarə olunmasına əsaslanan elektrovakuum cihazları başa düşülür. Funksional təyinatına və tətbiq sahələrinə görə elektron-idarə olunan lampaları generator, modulyator, tənzimləyici, gücləndirici, düzləndirici lampalara bölürlər. Bundan əlavə adi lampalardan bir çox xüsusiyyətləri ilə fərqlənən böyük güclü gücləndirici və ifrat yüksək tezlik diapazonlu lampalar da mövcuddur.
Elektrodlarının sayına görə elektron-idarə olunan lampaları diodlara, triodlara, tetrodlara, pentodlara, heksodlara, heptodlara, oktodlara, ennodlara və dekodlara bölürlər.
Elektron emissiyası, maddənin səthindən ətraf fəzaya elektronların buraxılmasına deyilir. Katodların hazırlandığı metallarda sərbəst elektronlar fasiləsiz xaotik istilik hərəkətində olurlar və katodun temperaturundan asılı olan kinetik enerjiyə malikdirlər. Adi temperaturlarda elektronun öz enerjisi onun metaldan çıxmasına kifayət etmir.
Elektron emissiyasının fiziki təbiəti. Elektron emissiyası, maddənin səthindən ətraf fəzaya elektronların buraxılmasına deyilir. Katodların hazırlandığı metallarda sərbəst elektronlar fasiləsiz xaotik istilik hərəkətində olurlar və katodun temperaturundan asılı olan kinetik enerjiyə malikdirlər. Adi temperaturlarda elektro-nun öz enerjisi onun metaldan çıxmasına kifayət etmir.[2]
Yalnız metalın (elektrodun) qızdırılması hesabına baş verən emissiya termo-elektron emissiyası adlanır. Metalın qızdırılması hesabına elektronların kinetik enerjisi və sürəti artır. Müəyyən temperaturda elektronun enerjisi metaldan çıxmağa kifayət edir və elektron metalın səthini tərk edir. Elektron-idarə olunan lampalarda geniş istifadə olunan termokatodların işi termoelektron emissiyası hadisəsinə əsaslan-mışdır. Elektronların, optik diapazonlu elektromaqnit şüalanmaların (fotonların) təsiri ilə baş verən emissiyası fotoelektron emissiyası adlanır. Elektrovakuum fotoelementlərinin iş prinsipi fotoelektron emissiyası hadisəsinə əsaslanmışdır. Avtoelektron emissiya, güclü elektrik sahəsinin təsiri altında metaldan elektron-ların emissiyasına deyilir. Bu növ emissiya civəli ventillərdə və bəzi qazboşalma cihazlarında tətbiq tapır. İkinci elektron emissiyası, metalın səthinin bombardman edilməsi zamanı onun səthindən elektronların emissiya edilməsini adlandırırlar. İlkin adlanan elektronlar metalın səthinə dəydikdə öz enerjisini səthdəki elektronlara verir. Bu halda səthdəki elektronlar əlavə enerjinin hesabına bombalanan səthi tərk edirlər. Bu hadisə hesabına emissiya olunan elektronlar ikinci elektronlar adlanırlar.[3]
Termoelektron emissiyası almaq üçün elektrovakuum cihazının katodunu müəyyən temperatura qədər qızdırırlar. Qızdırılma üsuluna görə termokatodlar birbaşa və dolayısı yolla közərdilən katodlara bölünürlər. Birbaşa közərmə katodu bilavasitə ondan keçən cərəyanın hesabına qızdırılır. Dolayı qızdırılma katodunu qızdırmaq üçün ondan izolə edilmiş, metal sap şəkilli xüsusi qızdırıcı katoddan (hansından ki, cərəyan buraxılır) istifadə olunur.[4] Termokatodlar hazırlandığı materialın növünə görə təmiz metallardan hazırlanan, aktivləşdirilmiş (örtüklü) və yarımkeçirici katodlara bölünürlər. Təmiz metallardan hazırlanan katodlar birbaşa közərdilmə katodlarıdır, onları əsasən, ərimə temperaturu 3410C olan volframdan hazırlayırlar. Aktivləşdirilmiş katodları, üstünə çıxış işi volframın işindən az olan materialdan örtük çəkilmiş volfram əsas şəklində hazırlayırlar. Yarımkeçirici katodlar, üstünə nazik oksid təbəqəsi çəkilmiş volfram və ya nikel əsas şəklində hazırlayırlar. Belə katodları oksidli katodlar da adlandırırlar. Oksidli katodlar ən yüksək emissiya qabiliyyətinə malikdirlər.[5]
Elektron – şüa boruları (EŞB), daxilində elektron şüası, elektrik siqnallarını görünən işıq siqnallarına çevirmək üçün nəzərdə tutulan cihazlardır. EŞB — də katoddan emissiya olunan elektron seli elektrik və ya maqnit sahəsi-nin təsiri ilə nazik elektron şüası şəklinə salınaraq ekrana yönəldilir. EŞB — də elektron şüasının böyük sürətlə hərəkət edən elektronları ekranın daxili səthinə çəkilmiş lüminofor təbəqəsinin səthini bombalayaraq ondan elektronları ayırır və bunun nəticəsində həyəcanlanmış atomlar öz normal halına qayıtdıqda işıq kvantları şüalandırır. Bombalanma nəticəsində elektronların səthdən qopub ayrılması prosesi ikinci elektron emissiyası adlanır. Elektron şüası ekran boyunca hərəkət etdirildikdə, onun hərəkət trayektoriyası boyunca işıq izi alınır. Elektron şüasının fokuslanma və meyil etdirmə üsulundan asılı olaraq EŞB -ləri aşağıdakı növlərə bölürlər:
Təyinatına görə EŞB-ləri aşağıdakı əsas qruplara bölürlər:[6]