Elena Levçenko

Elena Stepanova Levçenko (belar. Алена Сцяпанаўна Леўчанка; doğ. 30 aprel 1983, Qomel, BSSR, SSRİ) — Belarus Respublikasının peşəkar basketbolçusu, WNBA (Qadınların milli basketbol assosiyasıyası) oyunçusu. Mərkəz oyunçu mövqeyində oynayır. Çinin "Sıçuan Uels" klubunda oynamışdır.

Elena Levçenko
Mövqeyi mərkəz
Boyu 194 sm
Çəkisi 86 kq
Vətəndaşlığı
Doğum tarixi 30 aprel 1983(1983-04-30) (41 yaş)
Doğum yeri

30 aprel 1983-cü ildə Belarusun Gomel şəhərində anadan olub. Gomelin SDYŞOR-9-da basketbol klubunda oynamağa başlamışdır. Elenanın ilk məşqçisi Viktor Orlov idi. Daha sonra Minsk Respublika Olimpiya Ehtiyatları Məktəbinə keçd etmişdir. İlk debütü 1999-cu ildə Avropa çempionatında olmuşdur. 2000-ci ildə təhsil almaq məqsədi ilə ABŞ-yə köçdü. Qərbi Virciniyadakı kolleci bitirib ABŞ-də çıxış edən ilk Belarus idmançısı oldu. İlk vaxtlar dizində olan zədə ona oynamağa mane olurdu. Mövsümdə 42 oyun keçirə bilmişdir.[1] Elena Şarlott Hornets klubunun şərəfini qorumuşdur. 2007-ci ildə isə Washington Mysticsda oynamışdır. ABŞ-də 6 il yaşadıqdan sonra Belarusa qayıtmışdır. 2010-cu ildə Атланты Dreamın tərkibində WNBA finalını oynamışdır.

Avropaya gəldikdən sonra Litvanın VIČI-Aistės Kaunas klubu ilə müqavilə imzalayır. Avro liqada Yekaterinaburqun UQMK klubunda yarım finala kimi gəlib çıxır.[2]. Sonda fransa komandasına məğlub olaraq bürüncə sahib olurlar. Elena hal-hazırda Türkiyənin Yakin Dağu klubunda çıxış edir.

2001-ci ildən Belarus milli basketbol komandasında oynayır. 20082016 Olimpiya Oyunlarının, Çexiyada keçirilən Dünya Kubokunun, 2007, 2009,2010, 2011, 2013 və 2015 Avropa çempionatlarının iştirakçısıdır. 2010-cu ildə keçirilən dünya çempionatında komandası Rusiya millisinə qalib gələrək dördüncü yerə sahib çıxırlar. Elena Levçenko turinirin ən yaxşı beş oyunçusundan biri seçilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1.  (ing.) [1] Arxivləşdirilib 2013-06-29 at Archive.today
  2. "Arxivlənmiş surət". 2011-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.