Eleziya və ya Eliziya — bir neçə sözün qovuşması, eləcə də sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn çoxhecalılığı azaltmaq üçün bəzən də saitlə qovuşmuş olan samit səs də ixtisar olunur ki, buna səsdüşümü hadisəsi deyilir.
Müasir Azərbaycan ədəbi dilində saitdüşümü hadisəsi iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən saitdüşümü həm sözlərdə, həm də şəkilçilərdə ola bilir. Məsələn, oğul-onun oğ-lu, alın-onun al-nında və s.
2)İkihecalı alınma sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə ikinci hecadakı sait düşür: şəkil–şək-lim, fikir–fik-rin və s.
3)Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçiləri bitişdirildikdə sondakı a saiti ixtisar olunur: ora–or-dan, bur–bur-da, hara–har-dan və s.
4)Saitlə bitən sözlə saitlə başlanan söz birləşməsindən düzələn mürəkkəb sözlərdə birinci tərəfin sonundakı sait ixtisara düşür: Əli-Əkbər–Ələkbər, Əli–Abbas-Əlabbas və s.
5)İnkar şəkilçisi qəbul etmiş sözlərə indiki və müzare zaman şəkikçiləri bitişdirildikdə inkar şəkilçisinin saiti ixtisara düşür: yaz–yaz-ır, gör–gör-ər-əm və s.
6)Sıra sayı düzəldən şəkilçiləri saitlə bitən miqdar sayı kökünə bitişdirildikdə şəkilçinin başındakı sait ixtisara düşür: bir-inci, iki-inci və s.
7)Xəbər şəkilçisinin sonundakı r, ümumən, danışıqda bəzən də yazıda ixtisar olunur: getməlidi(r), gedibdi(r) və s.
8)Eyni samit qoşalığı ilə bitən sözlərin sonuna samitlə başlanan şəkilçi bitişdirildikdə qoşa samitin biri ixtisara düşür: sirr–sirli, fənn–fənlər və s.[1]
Dilçilik ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |