Elisa Lam, kantonca tanınan adı ilə Lam Ho Yi — Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin kanadalı-çinli tələbəsi.O, 19 fevral 2013-cü il tarixində Los-Ancelesin Dauntaun şəhərində yerləşən Cecil mehmanxanasının damındakı su tankerindən ölü çıxarılmışdı.[1] Ayın əvvəlində itkin düşdüyü bildiriləndən sonra mehmanxanada axtarış başlamış, mehmanxanada təmir işləri aparan işçilər su təchizatı ilə bağlı qonaqların şikayətlərini araşdırarkən cəsədi aşkar etmişdilər.
Elisa Lam | |
---|---|
çin. 藍可兒 | |
Digər adı | kant.Lam Ho Yi |
Doğum tarixi | |
Doğum yeri | Vankuver, Britaniya Kolumbiyası, Kanada |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | boğulma |
İxtisası | Tələbə |
Tanınır | Müəmmalı ölümü |
Onun yoxa çıxması barədə geniş məlumat verilmişdi; Los Angeles Polis İdarəsi, liftdə olan təhlükəsizlik kameralarındakı Elisa Lamın görüntülərini internetdə paylaşandan 5 gün əvvəl Lam öldürülmüşdü.Görüntülərdə Lamın liftdən çıxıb ətrafa göz gəzdirməsi və yenidən liftə daxil olması, çöldəki koridorda öz-özünə və ya kiminləsə danışması və jest etməsi, bəzən özünü nasaz vəziyyətdə hiss etdiyi liftin içərisində gizləndiyi görünürdü. Video internetdə qısa zamanda yayıldı, daha sonra bir çox izləyici videodan narahat olduğunu bildirdi. Açıqlamalarda Lamın bipolyar pozuntuluqlar və paranormallıqdan əziyyət çəkdiyi elan edildi.Bəziləri isə videonun dəyişildiyini güman edirdi.[2]
Lamın ölümünün səbəbləri tapıldıqdan sonra Los-Ancelesin ən məşhur mehmanxanalarından olan Cecildəki təhlükəsizliyə inam azalmışdı.Onun vücudu çılpaq idi[3]; paltarının və şəxsi əşyalarının çoxu su tankerinin yaxınlığında idi.[3] Los Anceles Departamenti isə Lamın bədənində heç bir fiziki travmanın olmadığını, ölümünün diqqətsizlik səbəbi ilə baş verdiyini irəli sürürdü.[4] Bəzi internet fenomenləri isə Lamın ölümü ilə 2005-ci ildə çəkilmiş "Qaranlıq Su" filminin qeyri-adi oxşarlıqlarının olduğunu söyləyirdilər.Belə xəbərlərin sosial şəbəkələrdə yayılmasından sonra mehmanxana sakinləri Cecil Mehmanxanasını məhkəməyə vermişdi.
Honkonqdan gələn mühacirlərin qızı olan[5] , Kanadanın Vankuver şəhərindən bir qədər kənarda, Burnabidə bir restoran açan Lam,[6], 2013-cü ilin əvvəlinə qədər qeydiyyata alınmasa da, Britaniya Kolumbiya Universitetində tələbə idi.[1][7]
Lam Kaliforniyaya əsasən Amtrak və şəhərlərarası avtobuslarda səyahət edirdi.[8] Kaliforniyada olarkən isə, əsasən vaxtını San-Dieqo zooparkında keçirir, çəkdiyi şəkillərini sosial şəbəkə hesabında paylaşırdı.[9] Daha sonra, yanvarın 26-da Los-Ancelesə köçməyi qərara aldı. İki gündən sonra o, şəhərin Skid Rou məhəlləsinin yaxınlığındakı[10] Cecil mehmanxanasına yerləşdi.[11]
1920-ci illərdə inşa edilən Cecil, 1930-cu illərin Böyük böhran dövründə ağır günlər keçirmiş və 20-ci əsrin sonlarında "şəhərin mərkəzində çürüyən bina" ləqəbini almışdı. Los-Ancelesin bir neçə diqqətəlayiq cinayətləri bu mehmanxanada baş vermiş və ya əlaqəsi olmuşdur: 1964-cü ildə "Persinq Meydanının Göyərçin Xanımı" ləqəbi ilə məşhurlaşmış Qoldi Osqud, Cecildə otağında təcavüz edilərək öldürülmüşdü (bu hələ də açılmamış bir cinayətdir).[12] Serialı qatillər Cek Unterveger və Riçard Ramirez, ikisi də Cecilin aktiv müştərilərindən idi.[13] Bir müştəri isə mehmanxananın qarşısında olan yolda intihar etmişdi.[14][15] Artıq Los-Ancelesə gələn turistlər üçün fəaliyyət göstərsə də, baş vermiş hadisələr onun nüfuzuna böyük təsir göstərmiş, Lamın ölümündən sonra burda 1 gün keçirən jurnalist Stiv Erikson Cecil haqqında "Cecildəki baş verən hadisələri siz qəribə qarşılayacaqsınız" cümləsini söyləmişdi.[14]
Elisa Lama bipolyar pozğunluq və depressiya diaqnozu qoyulmuşdu. Xəstəliklərini müalicə etmək üçün isə ona dörd dərman — Bupropion, Lamotrigin, Quetyapin[16] və Venlafaksin[17] təyin edilmişdi. Güman ki, psixi xəstəliyinin yaranma tarixini gizli saxlayan ailəsinin dediyinə görə,[2] Elisa Lamın intihar təsəvvürləri və ya cəhdləri olmamışdı.
2010-cu ilin ortalarında,[18] Lam "Ether Fields" adlı bloq yaradıb bloggerliklə məşğul olmağa başladı.[2] Sonrakı iki il ərzində o, bloqda dəbli geyimləri ilə məşhur olan modellərin şəkillərini və həyatının, xüsusən də ruhi xəstəliklərlə mübarizəsinin şəkillərini paylaşırdı. 2012-ci ilin yanvar ayında bir bloq yazısında Lam, sinifindən imtina etdiyini paylaşıb, başlığına isə yazıçı Çak Palanikin bir sitatını (Hər zaman həyatınıza boş ideyanız ilə xəyanət edirsiniz) qeyd etdi.Lam bloqu paylaşarkən aspiranturaya daxil ola bilməməkdən və məktəbindən qovulma ehtimalından narahat idi.[19]
Bloqun inkişaf etməyindən bir az keçdikdən sonra, Tumblrda "Nouvelle-Nouveau" adlı hesab açdı və bloqdan imtina etdiyini bildirdi.Hesabında əsasən modellərin fotoşəkillərini və öz sitatlarını paylaşırdı.[20]
Lam Los-Ancelesdə ikən hər gün Britaniya Kolumbiyasında yaşayan valideynləri ilə əlaqə saxlayırdı. Daha sonralar Santa Kruza səyahət etmək üçün Cecildə 1 gün qalmağı planlaşdırırdı.[21][22]
Həmin gün Lamı görən mehmanxana işçiləri onun tək olduğunu söyləyirdilər. Mehmanxanadan kənarda, yaxınlıqdakı kitab mağazasının işçisi Keti Orfin, həmin günü Lam isə söhbət edən yeganə insan idi. Orfin CNNyə müsahibə verərkən "Son gün, o, səyahət və səyahətə gedərkən aparacağı kitablar haqqında danışırdı" demişdi.
Polis mehmanxanada Lamın həmin gün olduğu hər yeri axtardı və üstəlik polis itlərini də bu işə daxil etdilər.Ancaq bunların hər biri uğursuzluqla qurtardı "Ancaq hər otağı axtarmadıq" deyən Rudi Lopez daha sonralar müsahibə verəndə demişdi: "Bir cinayətin baş verildiyinə inanmaq üçün yalnız ehtimal olunan bir səbəbimiz olsaydı bunu edə bilərdik." Fevralın 6-da, LAPD daha çox köməyə ehtiyac duyulduğunu qərara aldı;Onun şəkli olan vərəqələr qonşuluqda və internetdə yerləşdirildi. Bu isə hadisəni media vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırdı.[23]
Fevralın 15-də, LAPD, fevralın 1-də Cecilin liftlərindən birində Lamın çəkildiyi son məlum görüntünün videosunu video nəzarət kamerası ilə yayımladı.[10][16] Videodakı Lamın qəribə davranışı dünya miqyasında maraq oyatdı, geniş təhlil və müzakirə edildi.[24]
Lam, tez-tez liftin düymələrinə basdığı və həyəcanlı olduğu görünürdü. Bəzi görüntülərdə isə Lamın ağzı pikselləşmişdi.[24]
Başlanğıcda Lam sol tərəfdən liftə daxil oldu, üzərində qara qısaqollu köynək, qara şalvar, qara səndəl və qırmızı gödəkçə var idi.Tez-tez düymələrə toxunda da qapı bağlanmırdı.Qapının bağlanmadığı bir neçə saniyədən sonra o, ayağa qalxır, irəli əyilir, hər iki tərəfə baxır və sonra tez arxaya, divara və sonra küncə tərəf addımlayır, idarəetmə panelinin yaxınlığında dolanırdı. Qapı hələ də açıq qalmışdı.[25] Yenə gəzir və tərəfə söykənərək qapıda dayanır[26]. Bəzən salona, sonra qabaq tərəfə, arxaya baxır, sonra geri çəkilirdi. Sonra yenidən yan tərəfə addımlayır və bir neçə saniyə ərzində divarın arxasında əsasən görünməz olaraq kənara çəkilirdi.Daha sonra yenidən divara dayanırdı.Daha sonra lifti tərk etdi. Qəribə olsa da, onun gedişindən sonra lift bağlanır.[27]
Çinin video paylaşım saytı Youku da daxil olmaqla videoya ilk 10 gündə 3 milyon baxış və 40.000 şərh yazıldı.Şərhlərdə əsasən paranormal bir şeyin olmadığı yazılırdı[28].
Lamın axtarışı zamanı mehmanxanada qonaqlar suyun aşağı təzyiqindən şikayətlənməyə başlamışdılar. Bəziləri sonra suyun qara rəngli olduğunu və qeyri-adi bir dadı olduğunu iddia edirdilər.[29] Fevralın 19-da səhər Lamın cəsədi qonaq otağına, mətbəxə və bir qəhvəxanaya su verən dörd min qallon (təxm. 3,785 L) həcmi olan tankerlərdən birində tapıldı.[30][31] Təmizləmə aləti Lamın cəsədini çıxarmaq üçün lazım olan avadanlıqları yerləşdirə bilmədiyi üçün tank boşaldılmış və açıq şəkildə kəsilmişdi.[16][30]
Fevralın 21-də, yarılma hesabatında, əhəmiyyətli bir amil olaraq, bipolyar pozğunluq olan təsadüfən boğulma aşkar edildi.[32] İyun ayında tam yayımlanan yarılma hesabatında[2] Lamın cəsədinin çılpaq vəziyyətdə tapıldığı bildirilmişdir;[16] lift videosundakı geyindiyi geyimə bənzər paltarlarə suda üzürdü.Saatı və otaq açarı da onunla birlikdə tapılmışdı.[32]
Lamın bədəni orta dərəcədə çürümüş və şişmiş idi. Qarın üstü əsasən yaşılımtıl idi. Fiziki travma, cinsi təcavüz,[32][33] və ya intihar barədə heç bir dəlil yox idi.[32]Toksikoloji testləri qanı kifayət qədər olmadığı üçün natamam idi.[34] Qanında çox az miqdarda alkoqol (təxminən 0,02 q%) mövcud idi, sakitləşdirici dərman isə qəbul etməmişdi.[35]
İstintaq Lamın necə öldüyünü müəyyənləşdirdi, amma tankerə necə girdiyinə dair izahat vermədi.Mehmanxananın damına gedən qapı və pilləkənlər kilidli idi.[36] Əgər mehmanxanada yanğın təhlükəsi olardısa, bu zaman işçilər güvənilən bir şəxsə açarı verə bilərdilər.[14] Lamın ölümündən sonra bir çinli şəxs Lamda damın açarının olduğu mülahizəsini irəli sürmüşdü.[37]
Dama necə çıxmağından sonra tankerə necə daxil olmağı internetdə böyük müzakirələrə səbəb olmuşdu.Çünki dörd tankın hamısı 4 metr uzunluğunda olan beton silindrlər idi;[38] cəsədi almaq üçün mehmanxana işçilərinin nərdivanla çıxmasına baxmayaq, Elisa Lam nərdivandan istifadə etməmişdi. Həmçinin tankerləri içərisi qalın qapaqlarla qorunurdu.[10]
Lift videosundakı Lamın davranışı haqqında bəzi nəzəriyyələr mövcud idi; Bəziləri onun təqibçidən gizlənməyə çalışdığını, bəziləri isə sadəcə liftin aşkar nasazlığından əsəbiləşdiyini söyləyirdi.[2] Qeyri-qanuni dərmanların təsiri altında olduğu nəzəriyyəsinin bəzi tərəfdarları, bədəninin tankda çürümüş olduğu müddətdə parçalana biləcəyini irəli sürürdülər.[2]
Tumblr bir müddət sonra sonra hesabındakı mesajlarının növbə-vasitəsi səbəbi ilə tez-tez yeniləndiyini elan etmişdi.Telefonu isə ölümündən sonra nə yaxınlığında, nə də mehmanxana otağında tapılmışdı;bəziləri ölümündən bir müddət sonra oğurlandığı ehtimal edirlər. Bloqunda davam edən yeniləmələrin telefonunun oğurlanması[2], bir hakerin işi və ya növbə vasitəsi ilə baş verdiyi bilinmir; yeniləmələrin onun ölümü ilə əlaqəli olub-olmadığı da məlum deyil.[2]
Sentyabr ayında Lamın valideynləri "Digər mehmanxana sakinlərinin təhlükəsizliyi" və təyin olunmuş ziyan və basdırma xərclərini mehmanxananın ödəmədiyini iddia edərək mehmanxananı məhkəməyə verdi.[39] Mehmanxana, Lamın su çənlərinə girdiyini təxmin edə bilmədiyini və Lamın su anbarına necə girdiyini bilmədiyi üçün bunun zərərin qarşısını ala bilməyəcəyini bildirdi.[31] 2015-ci ildə Elisanın validenynlərinin iddiaları rədd edildi.[40]
Bəzi Yutub bloggerləri Lamın ölümünü 2005-ci ildə çəkilmiş "Qaranlıq su" filmi müqayisə etmişdir.Film Koji Suzukinin 1996-cı ildə yazdığı qısa bir hekayəyə əsaslanmış, Amerikada çəkilmişdi.Filmdəki obrazlar olan ana və qızı binadakı nasaz lift, binanın dam örtüyündəki su anbarına aparır və burada bir il əvvəl itkin düşdükləri bildirilmiş bir qızın cəsədini tapırlar.[1]
"Qaranlıq Su" filmindən sonra bəzi prodüserlər öz filmlərində "Lamın ölüm hadisəsindən" ilham alıblar.Bunlardan biri olan "Sularda" filmində Nyu York xəfiyyəsinin "Cedric Hotel" də damda tapılmış ölü qadının qatilini tapmasından bəhs edilirdi.[41]
Digər bir seriya olan "Cinayətdən necə qurtulmaq olar"ında oxşar bir hekayə xətti var;itkin düşmüş bir qız uşağının öldürüldüyü və cəsədinin damdakı su anbarında gizlədildiyi ortaya çıxır, cəsədi yalnız bir texniki işçi su təzyiqini həll etmək üçün evə çağrıldığında aşkar edir.[42]
Lamın ailəsi mehmanxananı məhkəməyə verdikdən sonra bəzi rejissorlar məhkəmə prosesindən ilhamlanmışdı.Honkonqlu aktyor Nik Çeunqun 2014-cü ildə rejissorluq etdiyi "Hungry Ghost Ritual" (azərb. Ac ruhun ayini) filmi Lamın ölümü ilə eyni süjet xəttinə malik idi.[43]
Çinli rejissor Liyu Hao, Lamın ölümündən bir il sonra, onun ölümü haqqında bir film çəkəcəyini elan etdi; özü də Los-Ancelesə getdi və bir neçə gün Cecildə araşdırma apardı.[44] Bundan sonra çinli populyar aktrisa Qao Yuanyuanın Lam obrazını canlandırmağa həvəsli olduğunu söyləmişdi.[45][46]
<ref>
teqi; LAPD flyer
adlı istinad üçün mətn göstərilməyibIs Lila Stangard inspired by Elisa Lam?