Ellinq qəsri

Ellinge Qalası (isveç: Ellinge slott) — İsveçin Skone bölgəsinin Eslöv kommunasında qala. Mülk İsveçin ən qədim mülklərindən biridir.[1] Ehtimal ki, XIII əsrdə müdafiə qalası kimi qurulmuşdur.

Ellinq qəsri
Xəritə
55°48′42″ şm. e. 13°17′15″ ş. u.HGYO
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala Eslövdən cənubda Bråån çayının[2] yaxınlığında yerləşir.

1859-cu ildə nəşr olunan qalanın təsvirində “Ellinge həmişə zadəganlar ailəsinə məxsus olub” kimi təsvir edilir.[3]

Əmlakın tarixini XI-ci əsrə qədər izləmək olar. Ellinge Qalasına sahib olan ilk ailələrdən biri Kvite adlanırdı, sonra malikanə XIII-cü əsrin əvvəllərində Qalen Evinə, daha sonra Erlandsen ailəsinə keçdi.

Mülk 1505-ci ildə Danimarka tacına verildi və 1511-ci ildə dövrün ən güclü adamlarından biri olan Henrik Krummedigeyə satıldı.

XIX-cu əsrdə Ellinqin 3 fərqli sahibi var idi. 1-si II Karl Fredrik Düker — orduda karyera qurdu. Bu müddət ərzində mülkün görünüşü çox dəyişmədi. Sonrakı sahibləri III-cü Çarlz Frederik Düker və Kristian Fredrik Vrangeldir.

1827-ci il xəritəsində əmlakın XVIII-ci əsrdən bəri demək olar ki, dəyişməz qaldığı görünür. 1827-ci il xəritəsində mülk meşəlik kimi görünür.

1828-ci ildən Ellingenin sahibi leytenant Karl Fredrik Duker idi. O, mülkü təmir etdi və mülkün kənd təsərrüfatı hissəsini inkişaf etdirdi. Duker bütün həyatı boyu gənc alimlərə, yazıçılara, din adamlarına, rəssamlara maddi dəstək göstərirdi.

Braan çayı ilə ikiyə bölünən böyük çəmənliyin cənubundakı ərazidə həm yerli kəndlilərin, həm də zadəganların istifadə etdiyi minerallarla zəngin təbii bulaq var idi və onun ətrafında kurort pavilyonu yerləşirdi

  1. "Arxivlənmiş surət". 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  2. "Arxivlənmiş surət". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  3. Various. Historiskt-geografiskt och statistiskt lexikon öfver Sverige. Bd 2, C-F [Historical, geographical and statistical dictionary of Sweden. Bd 2, C-F.] (isveç). Stockholm: Hammars. 1859. February 2, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2014.