Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ellura Kaylasanatxa məbədi (hind. कैलास) - qayalıq bir hind məbədidir, Ellurada yerləşən mağara məbədləri kompleksinin mərkəzi tikintisidir. Kompleksin digər məbəd tikintilərindən Kaylasanatxa məbədini üç dərin (30 metrə qədər) yarğan ayırır.
Ellura Kaylasanatxa məbədi | |
---|---|
ಕೈಲಾಸನಾಥ ದೇವಾಲಯ | |
20°01′26″ şm. e. 75°10′45″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Yerləşir | Ellora, Auranqabad, Maharaştra |
Aidiyyatı | Şiva |
Sifarişçi | I Krişna |
Tikilmə tarixi | 756-774 |
Üslubu | Dravid memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Tipi | Mədəni |
Kriteriya | i, iii, vi |
Təyin edilib | 1983 |
İstinad nöm. | 243 |
Dövlət | Hindistan |
Region | Asiya |
Hindistanın Arxeoloji İrsi | |
İstinad nöm. | N-MH-A51. |
Kateqoriya | Məbəd |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kaylasanatxa məbədinin inşası çox uzun bir müddəti əhatə etmişdir. Tikintinin başlanğıcı Raştrakuta sülaləsindən olan Dantidurqanın idarəsi dövrünə təsadüf edir və I Krişnaradcenin dövründə tamamlanır.
Kaylasanatxa məbədi monolit, tək dayaqlı qayada yonulmuşdur. Məbədin tikintisi inşaat taxtalarının tətbiqi olmadan, qayalıq massivi üzrə yuxarıdan aşağıya doğru yonulurdu. Məbədin özünün uzunluğu 55 m, eni isə 36 metrdir. Səthlər 1980 m² tutan sahəni əhatə edir. Əvvəllər bütün məbəd ağ malayla örtülmüşdü ki, onu qayaların fonunda özünəməxsus bir şəkildə göstərirdi və bunu Ranqa Maxal adlandırırdılar.
Məbədin aşağı hissəsində 8 metr hündürlüyündə kürsülük mövcuddur, hansı ki, mərkəzində fillərin və şirlərin monumental heykəlləri məbədin yuxarı hissəsi üçün əsas kimi xidmət edir və təxminən 3 metr hündürlüyü təşkil edir. Yuxarıdan aşağı məbəd böyük sənətlə yerinə yetirilmiş daş naxılarla örtülmüşdür. Kaylasanatxa məbədinin divarlarında ən maraqlı qabarıq təsvirlər “Ravana, Kaylas dağını devirməyə çalışan", "Qalib-Şiva", "Sitin Oğurluğu" görüntüləridir.