Elm fəlsəfəsi

Elm fəlsəfəsi.[redaktə | mənbəni redaktə et]

Təbiətşünaslıq elmləri nəticələrinin, birinci növbədə fizika və riyaziyyat elmləri nəticələrinin başa düşülməsinə tələbat, həmin elmlərin strukturunun və onların metodologiyasının izah edilməsi zərurəti fəlsəfənin müstəqil hissələrini təşkil edən çoxsaylı fəlsəfəsi konsepsiyaların yaranmasına gətirib çıxartdı. Buraya «riyaziyyatın fəlsəfəsi», «fizikanın fəlsəfəsi», «biologiyanın fəlsəfəsi» və s. daxil edilmişdir. Sovet fəlsəfəsində fəal surətdə təbiətşünaslığın fəlsəfi məsələləri işlənirdi. Elmin fəlsəfəsinin meydana gəlməsinin əsas səbəblərindən biri neopozitivist elm konsepsiyasının tənqidi təhlilinə olan zərurətlə əlaqədardır.

Tanınmış fizik M.Born yazmışdı: «Fizikanın adi danışıqda ifadə oluna bilən ümumiləşdirici fəlsəfəyə ehtiyacı vardır». Dünyanın məşhur təbiətşünaslarından olan N.Bor, M.Plank, V.Heyzen­berq və başqaları fəlsəfəyə xüsusi diqqət yetirmişlər. Məsələn, N.Bor qatı pozitivist nöqteyi– nəzəri tənqid edirdi. Həmin pozitivist baxışa görə, yeganə reallıq duyğulardır, yerdə qalanlar isə bizim əqlimizin konstruksiyalarıdır. Elmin sürətli inkişafı, onun metodlarının təkamülü elə problemlər irəli sürdü ki, fəlsəfə cəlb edilməzsə onların həlli qeyri– mümkündür. Bu problemlər hansılardır? Elmin predmetinin dəqiqləşdirilməsi, biliyin həqiqiliyini, determinizm və səbəbiyyət, eksperiment, müşahidə və s. bütün bunlarla yanaşı maddi dünyanın strukturunun dərk edilməsinin metodoloji aspekt­ləri də həmin problemlərdəndir. Elm fəlsəfəsinin görkəmli nümayən­dələrindən biri, ingilis filosofu Karl Popper hələ vaxtı ilə Vyana dərnəyinin fəal iştirakçısı olmuşdur. Fəlsəfi baxışlarına görə, mən­tiqi pozitivizmin nümayəndəsi olan K.Popper eyni zamanda həmin fəlsəfənin bir sıra müddəlarına tənqidi münasibət bəsləmişdir. Bu tənqiddə başlıca cəhət pozitivizmin naturalizmə və apriorizmə bö­yük yer verilməsi ilə əlaqədardır. Özünün «Məntiq və elmi biliklərin yüksəlişi» əsərində Karl Popper mərkəzi fəlsəfi problem kimi elmlə yalançı elm arasında demarkasiya kriteriya axtarışı vəzifəsini irəli sürmüşdür. O, elmiliyə iddia edən hər cür biliyi təkzib etməyi tələb edərək, hər cür biliyi təhrif etmək prinsipinin tətbiqinin tərəfdarı kimi çıxış etmişdir. Onun fikrincə, elmi tədqiqatların məntiqi hər cür subyektiv psixoloji təsirdən azaddır. Elə Popperin Vitgenşteynin və Rasselin məntiqi empirizmindən fərləndirici cəhəti bununla əla­qədardır. Beləliklə, Popperin elm fəlsəfəsi antipsixologizmi və riyazi məntiqi aparata əsaslanır. Elmi metod nəzəriyyəsi empirik nəzəriyyə ola bilməz, öz spesifikası ilə bu fəlsəfi, epistemoloji nəzəriyyə olma­lıdır. Bununla yanaşı, fəlsəfə faktiki olaraq elmi idrakın məntiqi nəzəriyyəsinə aid edilir.

Fəlsəfənin inkişafında elm fəlsəfəsinin mühüm rolu vardır. Hazırda elm fəlsəfəsi daha da inkişaf etdirilir. Kompüterləşmə və informasiya vasitələrinin çoxalması elm fəlsəfəsinin üfüqlərini, xüsusilə imkanlarını artırmaqdadır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Elmin fəlsəfəsi