Elmar Şərifov

Elmar Şərifov (tam adı: Şərifov Elmar Yəhya oğlu; 22 mart 1969, Sətənəxaç, Basarkeçər rayonu) — Azərbaycan Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru.

Elmar Şərifov
Doğum tarixi 22 mart 1969(1969-03-22) (53 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Şərifov Elmar Yəhya oğlu 22 mart 1969-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Güney (Satanağaç) kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə Güney kənd orta məktəbində oxumuş və 1986-cı ildə həmin məktəbi gümüş medalla bitirmişdir.

1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 1987–1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək "ümumi cərrah" ixtisasına yiyələnmişdir. ATU-nun Elmi Şurasının qərarı ilə ATU-nun cərrahi xəstəliklər kafedrasında klinik ordinaturada saxlanmışdır.

1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılaraq həkim kimi fəaliyyət göstərmişdir. 2000-ci ildən həmin kafedraya baş laborant vəzifəsinə təyin edilmişdir. 2004-cü ildən ATU-nun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə seçilmişdir. 2014-cü ildə "Mədə rezeksiyalarından sonrakı erkən ağırlaşmaların profilaktikası" mövzusunda tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildən ATU-nun Tədris-Treninq mərkəzinin rəhbəridir. 2018-ci ildən ATU-nun III Cərrahi xəstəliklər kafedrasının dosentidir. E. Şərifov 50-ya yaxın elmi məqalənin müəllifidir. Klinik cərrahiyyə, Hərbi-səhra cərrahlığı və Surgical diseases (Cərrahi xəstəliklər), Qida borusunun cərrahi xəstəlikləri, Yoğun bağırsağın cərrahi xəstəlikləri adlı dərs vəsaitlərinin müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]