Elmar Hüseynov (polkovnik)

Elmar Knyaz oğlu Hüseynov (30 aprel 1958, Daşkəsən) — "Azərbaycan Bayrağı" ordeni laureatı[1]; ehtiyatda olan Polkovnik[2].

Elmar Hüseynov
Hüseynov Elmar Knyaz oğlu
Doğum tarixi (65 yaş)
Doğum yeri Daşkəsən, Azərbaycan SSR, SSRİ
Uşağı 3 övladı var
Milliyyəti azərbaycanlı
Təhsili
  • SSRİ DİN-nin Ali Siyasi Məktəbi[d]
Fəaliyyəti hərbçi
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

30 aprel 1958-ci ildə Daşkəsən şəhərində anadan olub.

1975-ci ildə Daşkəsən şəhəri Səməd Vurğun adına 4 saylı orta məktəbi bitirib.

1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.SSRI Volqoqrad şəhəri.

1979-2005 illərdə SSRİ DİN DQ tərkibində xidmətdə olub.

1983-cü ildə SSRİ DİN DQ Leninqrad Ali Siyasi Hərbi Məktəbini bitirib. İxtisası - Ümumqoşun, Komandanlıq.

1998-ci ildə "Naxçıvan" Universitetinin məzunu olub. İxtisası- İnzibati İdarəetmə, İqtisadiyyatın Hüquqi tənzimlənməsi.

2001-ci ildə ABŞ, Luiziana ştatı Universiteti, Antiterrora yardım proqramı. Böhranı İdarəetmə və Antiterror Kursu.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmar Hüseynov Qarabağ müharibəsi veteranıdır[2]. Belə ki, o, 1990-1993-cü illərdə Azərbaycan Respublikasının DİN-də yaradılmış Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində 1-ci Rotanın Komandiri vəzifəsində xidmət edib. Xocalı, Laçın, Qubadlı, Ağdərə, Ağdam, Şuşa, Goranboy, Xanlar rayonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1990-cı ilin noyabr ayında tabeçiliyində olan 1-ci Rotanın əməkdaşları və Xocalı aeroportunun Xətt Mlis Bölməsinin əməkdaşları Əlif Hacıyev, Kamil Məmmədov, Bəxtiyar Aslanov, Asif Usubov ilə birgə Xocalı aeroportunun rus-erməni qoşunlarından azad edilməsini və aeroportda Azərbaycan bayrağının dalğalanmasını təşkil edib. Xocalı aeroportunun qorunmasında xüsusi xidmətləri olub. 1990-cı ilin 30 noyabr tarixində Şuşa şəhərindən Xocalı aeroportuna 24 nəfər milis əməkdaşları və DİN Nəqliyyat Milisinin 2 nəfər əməkdaşı Ruslan,Səid Ramazanov ilə xidmətə gedərkən ermənilər tərəfindən pusquya düşmüş, olduqları PAZ markalı avtobus yola quraşdırılmış mina ilə partladılmışdır. Lakin kapitan Elmar Hüseynovun bacarığı və qəhrəmanlığı sayəsində çox saylı yaralı olmasına baxmayaraq düşmənin hücumu dəf edilmişdir. 1991-ci ilin aprel-may aylarında o vaxtkı Xanlar rayonu (indiki Göy-göl) Çaykənd, Qarabulaq, Azad, Kamo kəndlərinin azad edilməsi döyüş əməliyyatlarında fəal iştirak edib. Goranboy rayonunun Şəfəq, Zeyvə kəndlərinin müdafiəsini və qorunmasını çox uğurla təşkil edib.1991-ci ilin iyun-iyul aylarında Goranboy rayonunun Todan,Erkəc,Mənəşli, Buzluq kəndlərinin ermənilərdən təmizlənməsində xüsusi fəaliyyəti olub. 2 gün Erməni Borisi Yuxarı Ağcakənd kəndləri ətrafında gedən döyüşlərdə mühasirədə qalmasına baxmayaraq, tabeçiliyində olan 12 nəfər əməkdaşı və 5 nəfər digər mobil qrupun əməkdaşlarını itgisiz mühasirədən çıxarmağa nail olmuşdur. Azərbaycan Respublikasının Ali Sovetinin 22.01.1991-ci il Fərmanı ilə "İctimai Asayişin qorunmasında Əla xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Daxili İşlər Naziri general-mayor Məhəmməd Əsədovun, XTMD-nin Komandiri polkovnik Əbil Rzayevin əmrləri ilə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

1992-1994-cü illərdə Milli Qvardiyanın maddi-texniki bazasının, xüsusi Sıra meydançasının, Fəxri Qaravul Taburunun yaranması və formalaşmasında xüsusi xidmətləri olub.

1998-2005-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mühafizə Alayının komandiri vəzifəsində xidmət edib.

2005-ci ildən xidmət illərinə görə hərbi təqaüdçü, ehtiyatda olan polkovnikdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin təşkilati məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Nəsimi rayon Şöbəsinin Sədridir.

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Fəxri üzvüdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • SSRİ III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — 02.10.1987[3]
  • SSRİ "SSRİ Silahlı Qüvvələri - 70 il" yubiley medalı — 23.02.1988[4]
  • Azərbaycan Sovet Sosialist Respublikası "DİN-də Əla Xidmətlərinə görə" döş nişanı — 05.11.1988[5]
  • SSRİ "Xidmətdə fərqləndiyinə görə" I dərəcəli döş nişanı — 06.11.1980.
  • SSRİ "Xidmətdə fərqləndiyinə görə" II dərəcəli döş nişanı — 25.03.1987.
  • II dərəcəli "Qüsursuz xidmətə görə" medalı—11.10 1991.
  • Azərbaycan Sovet Sosialist Respublikası "İctimai Asayişin qorunmasında Əla xidmətlərə görə" medalı — 22.01.1991[6]
  • Azərbaycan "Azərbaycan Bayrağı" ordeni — 12.01.1999[1].
  • Rusiya "Rusiya DİN DQ Sankt- Peterburq Hərbi İnstitutu - 70 il" yubiley medalı — 22.11.2014[7]
  • Azərbaycan "Fədai" medalı — 05.06.2017[8]
  • Azərbaycan "Müharibə veteranı" medalı — 07.12.2018[9]
  • Azərbaycan "Milli Ordu 100" yubiley medalı — 11.12.2018[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə alayının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli, 73 saylı Fərmanı" (az.). e-qanun.az. 12 yanvar 1999-cu il. 2019-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
  2. 1 2 "Elmar Hüseynovdan, Bakı, Azərbaycan" (az.). president.az. 8 aprel 2016. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  3. SSRİ Daxili İşlər Nazirinin 2 oktyabr 1987-ci il tarixli, 286 ş/h üzrə əmri
  4. SSRİ Ali Sovetinin 23 fevral 1988-ci il tarixli əmri
  5. Azərbaycan SSR DİN naziri Aydin Məmmədovun 5 noyabr 1988-ci il tarixli 478 ş/h üzrə əmri
  6. Azərbaycan Respublikasının Ali Sovetinin Sədri Elmira Qafarovanın 22 yanvar 1991-ci il tarixli əmri
  7. 22 noyabr 2014-cü il tarixində Rusiya DİN DQ Hərbi İnstitutun rəisi A.B.Slüsaryevin əmri
  8. Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 86 nömrəli 5 iyun 2017-ci il tarixli qərarı
  9. AVMVİB-nin Sədri Füzuli Rzaquliyevin 7 dekabr 2018-ci il tarixli əmri
  10. AVMVİB-nin Sədri Füzuli Rzaquliyevin 11 dekabr 2018-ci il tarixli əmri