Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elmira Mikayıl qızı Abbaslı — Azərbaycanın milli geyimləri muzeyinin və "Qızıltikmə" məktəbinin yaradıcısı
Elmira Abbaslı | |
---|---|
Doğum tarixi | 1955 |
Doğum yeri |
1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 yaşından tətbiqi sənətlə məşğul olur. 1987-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü. XIX əsr Azərbaycan milli kostyumunun və ənənəvi tikmələrin bərpası ilə məşğul olur.
Bir çox beynəlxalq sərgilər və müsabiqələrin iştirakçısı olmuşdur. Böyük müvəfəqiyyətlə Azərbaycanın tikmələrini Finlandiya, Polşa, Türkiyə, Fransa, Malta və digər ölkələrdə təqdim etmişdir.
1994–1996-cı illərdə Azərbaycanın milli geyimləri muzeyini yaratmışdır.[1]
Muzeyin dizaynı və bütün eksponatları onun ikiillik əməyinin məhsulu olmuşdur. "Qızıltikmə" məktəbinin əsası qoyulmuşdur. İncəsənətin bu növünü o öz tələbələrinə öyrədir. Muzey haqqında Azərbaycan televiziyası üçün film çəkilmişdir. Əsərləri Azərbaycanı dünyanın bir sıra ölkələrində ― Amerikada, Fransada, İngiltərədə, İtalyada, Yunanıstanda, Yaponiyada ― uğurlu təmsil edir.