Abdullayeva Elmira Ələkpər qızı — azərbaycanlı oftalmoloq, tibb üzrə fəlsəfə doktoru.
Elmira Abdullayeva | |
---|---|
Elmira Ələkpər qızı Abdullayeva | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | oftalmologiya |
Elmi dərəcəsi | tibb üzrə fəlsəfə doktoru |
İş yerləri | Z.Əliyeva adına AETGXİ-nin Tor qişanın və görmə sinirinin patologiyası şöbəsi |
Təhsili |
N.Nərimanov adına ADTİ-nin I müalicə-profilaktika fakültəsi; Z.Əliyeva adına AETGXİ |
Elmira Abdullayeva 1948-ci ildə anadan olub. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsini bitirib. 1972-ci ildən Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun əyani aspiranturasına daxil olub. 2000-ci ildə Moskva şəhərində "Hipertoniya xəstəliyində gözün hemo-hidrodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Tor qişanın və görmə sinirinin patologiyası şöbəsində çalışır.
51 elmi əsərin müəllifidir.
Gözün arxa seqment xəstəliklərində konservativ və ND:YAG lazer müalicəsi (lazerkoaqulyasiya) ilə məşğuldur.