Elmira Rəhimova(azərb. Rəhimova Elmira Abdulla qızı v. 28 dekabr 2022[1]) — Professor[2], ədəbiyyatşünas
Elmira Rəhimova | |
---|---|
Digər adı | Elmira Abdulla qızı Rəhimova |
Vəfat tarixi | 12.28.2022 |
Vəfat yeri | Bakı |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Filologiya |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Bakı Slavyan Universiteti |
Təhsili | Pedaqoji Dillər İnstitutu |
Elmira Abdulla qızı Rəhimova Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olub. 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib. 1962-ci ildə Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.
Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20-30 -cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib. 1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kuba Respublikasının Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib. Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb. Nasir olaraq hekayələri, povestləri esseləri müntəzəm olaraq mötəbər ədəbi jurnallarda dərc olunub.[3]
Respublika Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub.