Elnarə Xəlilova

Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası.

Elnarə Xəlilova
Elnarə Sabit qızı Xəlilova
Ümumi məlumatlar
Doğum tarixi 1 oktyabr 1980(1980-10-01) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Rövşən Cahangirov
Uşaqları Burlaxatun, Tuğər Harun Cahangir, Öndər Xaqan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2000-ci ildən
Janr pop musiqisi
Mükafatları "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Uşaqlıq illəri[redaktə | mənbəni redaktə et]

Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub.

Gənclik illəri[redaktə | mənbəni redaktə et]

1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb — "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

Son dövrlər[redaktə | mənbəni redaktə et]

Elnarə Xəlilova gənclərə dəstək olmaq məqsədi ilə "El yaradıcılıq" mərkəzini yaratmışdır. Burada o, bir çox gənc musiqiçilərə öz dəstəyini göstərir. Tələbələri ilə efirlərə qatılır, kliplər təqdim edir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 4 övladı — 1 qızı, 3 oğlu var. 2006-cı ildə ailə həyatı quran Elnarənin 2007-ci il iyunun 22-də qızı, 2009-cu il oktyabrın 11-də oğlu olub.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Məşədi İbad-94 (film, 2005) — Gülnaz
  2. Milçək (film, 2006) (mahnı ifa edən)

İstinadlar[redaktə | mənbəni redaktə et]