Abasov Elnur Ədalət oğlu (3 may 1981, Salyan) – VKC Növləri Üzrə Azərbaycan Karate-Do Federasiyasının Fəxri Prezidenti, Karate Üzrə Dünya və Avropa Çempionu, Azərbaycan Respublikasının İdman Ustası, 5-ci Dan Qara Kəmər sahibi.
Elnur Abasov | |
---|---|
Elnur Ədalət oğlu Abasov | |
| |
Şəxsi məlumatlar | |
Tam adı | Elnur Ədalət oğlu Abasov |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR, SSRİ |
İdman növü | Karate |
Karyera illəri | 1993—h.h |
Elnur Abasov 1981-ci il, 3 may tarixində Salyan rayonunda anadan olmuşdur. İlk təhsilini 1987–1998 illərdə həmin rayonun Stansiya qəsəbəsində yerləşən şəhid Yavər Qafarov adına 27 saylı tam orta məktəbdə almışdır.
25 yanvar 2000-ci ildən 1 iyul 2001-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmişdir.
2002-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüqüq fakültəsinə daxil olmuş, 2007-ci ildə həmin universitetdən məzun olmuşdur.
Elnur uşaq yaşlarından idmana həvəs göstərmişdir. Bu həvəs onu 1993-cü ildən idmanın Karate Do növü ilə daha peşəkarcasına məşğul olmağa cəlb etmişdi. Daha sonra 10 avqust 2001-ci ildən idmanın VKC növləri üzrə Karate Federasiyasının məşqçisi kimi fəaliyyət göstərmişdir[1]. 2006-cı ildən isə həmin federasiyanın fəxri prezidenti vəzifəsində çalışır. Dünya və Avropa çempionatlarının qalibi, mükafatçısı olmuş Abasov 5-ci Dan Qara Kəmər sahibidir. 12 fevral 2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun əmrinə əsasən Elnur Abasov "Azərbaycan Respublikasının İdman Ustası" adına layiq görülmüşdür.
2008-ci ildən "Xocalı Soyqırımı"nı Tanıtma İctimai Birliyin üzvüdür, 2009-cu ildən isə Birliyin sədr müavini vəzifəsində çalışır[2]. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıb.
Elnur Abasovun bir sıra siyasi məsələlərlə bağlı məqalələri mütəmadi olaraq mətbuatda dərc olunur.[3] [4] [5] [6] [7]