Elnur Babayev

Elnur Babayev- azərbaycanlı rəssam

Həyatı[redaktə | mənbəni redaktə et]

1962-ci il iyulun 5-də Bakıda anadan olmuşdur. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əsərləri Avstriya, Fransa Mədəniyyət Nazirliyi, Rusiyada Müasir İncəsənət Qalereyasında, habelə ictimai və şəxsi kolleksiyalarda xüsusi yer tutur. 1995-ci ildə Beynəlxalq YUNİSEF Foto Müsabiqəsinin qalibi olmuşdur.1997, 2000, 2001-ci illərdə Ümumdünya Mətbuat Fotomüsabiqəsində mükafata layiq görülmüşdür. Əsərləri Vaşinqtonda Alla Rocers Qalereyasında, Londonda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Humay” Qalereyasında nümayiş etdirilib. E.Babayevin əsərləri həm də İndiana Universitetinin “Memorial Yunion” qalereyası, Nyu-Yorkda Türk Mədəniyyət Mərkəzi və Vaşinqtonda “L.I.P.A.” qalereyasında nümayiş etdirilmişdir. Hazırda Merilənddə yaşayır.