Elnur Dəryagir

Elnur Dəryagir (21 iyun 1985, Kirovabad) — Azərbaycan peşəkarlar kəmərinin sahibi[1], Avropa çepionu, iki qat dünya çempionu, Azərbaycan Respublikası "əməkdar idman ustası".[2]

Elnur Dəryagir
Doğum tarixi 21 iyun 1985(1985-06-21) (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti kikboksçu
Mükafatları "Əməkdar idman ustası"

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Qəhrəman oğlu Dəryagir 21 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1991-ci ildə 37 sayli orta məktəbə başlayıb, 2001-ci ildə bitirmişdir.

2003-cü ildə hərbi xidmətə çağrılmış, 2005-ci ilin yanvarın 2-də tərxis olmuşdur.

2006-cı ildə Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi fakültəsinə daxil olmuş, 2010-cu ildə bitirmişdir.

İdman fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Peşəkar idmançı 1999-cu ildə kikboks idman növü ilə məşğul olmuşdur.

Kikboks üzrə Elnur Dəryagir bir çox nailiyyətlər əldə etmişdir.

20 dekabr 2014-cü ildə Bakıda keçirilən kikboks üzrə beşinci beynəlxalq turnirin qızıl medal qalibçisi olmuşdur.[3]

2015-ci il may ayının 7-də Şərur Rayon Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə "Azərbaycan kəməri" uğrunda peşəkarlar arasında ilk ölkə çempionatı keçirilir və Elnur Dəryagir kikboksinq üzrə "Azərbaycan kəmərinə" sahib olur.[4]

Ümumi nəticələri[redaktə | mənbəni redaktə et]

  • 5 dəfə Azərbaycan çempionu ikincisi
  • 5 Respublika turnirinin qalibi;
  • 3 dəfə Azərbaycan kubokunun qalibi;
  • 7 qat Azərbaycan çempionu;
  • 5 dəfə Beynəlxalq turnirlərin qalibi;
  • Avropa çempionu;
  • 2 dəfə dünya üçüncüsü;
  • 2 dəfə dünya ikincisi;
  • 2 qat dünya çempionu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kikboksinq üzrə "Azərbaycan kəməri"". 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  2. "Mart Bədən Tərbiyəsi və İdman Günü". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  3. "Bakıda keçirilən kikboks üzrə beşinci beynəlxalq turnirin qalibləri". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.
  4. "Kikboksinq üzrə "Azərbaycan kəməri" uğrunda peşəkarlar arasında ölkə çempionatı". 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-07.