Eltən İdris oğlu Qədimbəyli (7 yanvar 1979, Sədərək, İliç rayonu) — Qafqaz TV-nin direktoru, azərbaycanlı rejissor, yazar, tv menecmenti, yapımcı, [["Çölçü" Milli Mədəni İrsin inkişafı birliyinin rəhbəri [1]. Eltən Törəçi bir televiziyaçı kimi, son 20 ildə 3 fərqli televizyanın icraçı direktoru olub. Qurduğu və əmək verdiyi televiziyalar sektorda böyük uğurlara imza atıb, müxtəlif ödüllərə layiq görülüb. Onun direktoru olduğu Cənub televizyasının açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev televiziyada görülən işləri yüksək qiymətləndirib.
Eltən İdris oğlu Qədimbəyli 7 yanvar 1979-cu ildə Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan MR Sədərək rayonu 1 saylı orta məktəb almışdır. 1992–1995-ci illərdə təhsilini Bakı şəhərində, Kimya-biologiya təmayüllü liseydə davam etdirib[2].
1995–1999-cu illədrdə ADMİU teatr-kino fakültəsini dram rejissorluğu ixtisası üzrə başa vurduqdan sonra, 2010-cu ildə təhsilini K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetinin ekran incəsənəti fakültəsində televiziya rejissorluğu ixtisası üzrə davam etdirib. 2011-ci ildə isə K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universiteti kinoşünaslıq fakültəsinin aspiranturasında təhsil alıb.
Bir neçə filmin və televiziya layihələrinin müəllifidir. "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkətinin rəhbəridir.
Bir neçə filmi və televiziya layihələri var. 2015-ci ildə Azərbaycanda “Çölçü” altkültürünü (subkulturasını) yaradıb.
2019-cu ildə “Altın alma” ödülünü təsis edib. 2021-ci ildən “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimayi Birliyinin qurucusu və sədridir.
Azərbaycanda gələnəksəl Türk oxçuluğunun və etno idman növlərinin təbliği işləri ilə məşğul olur. Ənənəvi türk oxçuluğu uzrə uluslarası sertifikatlı ustaddır.
Ailəlidir, iki övladı var.
- "Təlatüm" bədii filmi, prodüser (2011) CTV
- "Adinin Qeyri-adisi" rejissor — prodüser (2010) CTV
- "Cənub Salnaməsi" s/filmi produsser (2008) CTV
- "Qara reportaj" " s/filmi prodüser (2008) CTV
- "Min ev Sədərək" s/film rejissor-prodüser (2005) AzTv
- "Sizi sevən Sərdaram" s/film rejissor-prodüser (2005) AzTv
- “Bitməyən sürgün” s/filmi yapımcı (prodüser) (2019) Qafqaz Tv
- “El gücü” s/filmi yapımcı (prodüser) (2021) Qafqaz Tv
- “İki dost, iki şəhid” s/filmi yapımcı (prodüser) (2022) Qafqaz Tv
- AzTV-də "Xalq yaradıcılığı" redaksiyasının proqramlarında rejissor assistenti (2000–2002-ci illər)
- AzTV-də Gənclik verilişləri redaksiyasında Rejissor və aparıcı
- (2003–2005-ci illər)
- 2005–2006-cı illərdə Xəyal televiziyasında (Quba) icraçı direktor;
- 2006–2007-ci illərdə Regional TV-də (Xaçmaz) icraçı direktor;
- 2007–2011-ci illərdə Cənub TV-də (Lənkəran) icraçı direktor;
- 2011-ci ildən bu günədən isə "Qafqaz" MTRŞ-də baş direktor vəzifəsində çalışır.
- "Səyyah", ideya müəllifi, aparıcı, rejissor
- "Qonaq otağı" — ideya müəllifi, rejissor
- "Sahildə çay dəsgahı"-ideya müəllifi, prodüser
- "Müzakirə"- ideya müəllifi
- "Zirvə"- ideya müəllifi, rejissor
- "Səhnədəkilər"-ideya müəllifi, rejissor
- "TV ensiklopediya" ideya müəllifi, prodüser
- "Fototaym" ideya müəllifi, prodüser
- "Nyuplatforma", ideya müəllifi, prodüser
- "Yad adamın gündəliyi", ideya müəllifi, rejissor
- "Çöldə Yaşam Öyüdləri"[3] ideya müəllifi, aparıcısı
- “Elin səsi” ideya müəllifi və pradüsser
- “Sözümüzün canı”, ideya müəllifi
- “Birini seç”, ideya müəllifi
- “Aydınlanma arayışı”, ideya müəllifi, aparıcı
- ABŞ West Virginia TV-də manager training 2005 (regional televiziya menecerlərinin təkmilləşdirmə proqramı)
- Kara Deniz Ajansı 2011
- TİKA və TRT –nin birgə təşkilatçılığı ilə keçirilən “Yeni Media jurnalistikası” təlimi
- Dünya Etno Federasiyasının konfransı
- Yunus Emre İnstitu və Okçular Vakfı tərəfindən keçirilən “Kemankeş projesi”nə kurslarını uğurla başa vuraraq “Gələnəksəl Türk oxçuluğu müəllimi” serifikatı
- Qədimbəyli E. Müharibə başlasa…
- Mənsimi C. Eltən Qədimbəylinin "Uğur sirri". azadinform.az
- Qonaq otağı- Eltən Qədimbəyli (tam veriliş)
- Qədimbəyli E. Müharibə başlasa… https://modern.az/news/25478/
- C. Eltən Qədimbəylinin "Uğur sirri". azadinform.az https://xeberle.com/layiheler/5543-elten-qedimbeylinin-uur-sirri.html
- https://eltangadimbayli.wordpress.com/m%C9%99shurlarin-fikirl%C9%99ri/
- Eltən Törəçi- Təbiəti sevmək gedib meşədə kabab çəkib hər yeri zibilləmək deyil – TELEBLOQ https://www.youtube.com/watch?v=nrTb_VEi5CE
- Eltən Törəçi: "Azərbaycanda ciddi insan mühəndisliyi məktəbi hazırlanmalıdır" – VİDEOMÜSAHİBƏ https://www.youtube.com/watch?v=7qcbPsqZkVY
- Eltən Törəçi kimdir? https://moderator.az/medeniyyet/407116/elten-treci-kimdir/
- Fikir dilə gəldi... - Eltən Qədimbəyli yazır https://yenicag.az/fikir-dile-geldi-elten-qedimbeyli-yazir/ 8. Varlı adamlara niyə nifrət edilsin ki? - Eltən Qədimbəyli yazır https://www.edebiyyatveincesenet.az/index-php/az/life/item/9341-varl-adamlara-niyae-nifraet-edilsin-ki-eltaen-gaedimbaeyli-yaz-r 9. Çölçü obasındakı işıq - Eltən Qədimbəyli yazır... https://kulis.az/xeber/edebi-tenqid/xeber-20401
- TV rəhbəri: “Onları efirə çıxartdığımıza görə işimizə nifrət etməyə başlamışdım” https://musavat.com/news/tv-rehberi-onlari-efire-cixartdigimiza-gore-isimize-nifret-etmeye-baslamisdim-fotolar_814036.html Çölçülüyü mədəniyyətə çevirən adam https://www.bakupost.az/colculuyu-medeniyyete-ceviren-adam
- Çöldə yaşam öyüdləri https://www.youtube.com/watch?v=Dka8-6IonIk&t=359s