Elvin İsayev

Elvin İsayev (14 iyun 1992) — Azərbaycanı təmsil edən boksçu.

Elvin İsayev
Şəxsi məlumatlar
Tam adı Elvin İsayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (31 yaş)
İdman növü Boks

Həyatı[redaktə | mənbəni redaktə et]

Elvin İsayev 1992-ci il iyunun 14-də anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Elvin İsayev 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Elvin İsayev Sinqapur Olimpiadasında birinci görüşündə Monqolustan nümayəndəsi Anand Daşdorj ilə üz-üzə gəldi.[1] Nəticədə Elvin İsayev rəqibinə 14:2 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Fradimil Masayo oldu.[3] Həmin görüşdə Elvin İsayev 10:6 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Artur Bril oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin İsayev rəqibinə 4:11 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azerisport.com idman portalı. "Сингапурец, египтянин и монгол против азербайджанских боксеров". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Эльвин Исаев - в полуфинале, Шабан Шахпеленгов проигрывает в первом бою (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. 1 2 Azerisport.com idman portalı. "Салман Ализаде и Эльвин Исаев приносят Азербайджану еще две медали (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  4. 1 2 Azerisport.com idman portalı. "Азербайджан завоевал два серебра Олимпиады (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.