Elvin Sabir oğlu Salahov (17 sentyabr 2001, Bakı – 23 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elvin Salahov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 sentyabr 2001 |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
Elvin Salahov 17 sentyabr 2001-ci ildə Bakıda doğulub.[1] Əslən Şabran rayonundandır.
2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır.[2]
Elvin Salahov hərbi xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur. Xidmət dövründə bütün təlim və məşqlərdə müvəffəqiyyətlə iştirak edir. 2020-ci ilin sentyabrında 2-ci Qarabağ müharibəsi başlanan andan bir Xüsusi Təyinatlı kimi ön cəbhədə vuruşub.
Elvin Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 23-də Qubadlıda snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.
Şəhid oktyabrın 24-də Badamdar qəsəbəsində dəfn olunmuşdur.[3][4]
2021-ci ilin oktyabr ayında şəhidin yaşadığı Dadaş Bünyadzadə küçəsində onun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verilmişdir.