Elxan Şeyxov

Elxan Cəfər oğlu Şeyxov (11 mart 1951, Naxçıvan) — Azərbaycanın teatr aktyoru.[mənbə göstərin] Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2008).

Elxan Şeyxov
Doğum tarixi 11 mart 1951(1951-03-11) (72 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktyoru
Mükafatları Naxçıvan Muxtar Respublikasının əməkdar artisti

Həyatı[redaktə | mənbəni redaktə et]

1951-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan teatrında aktyor kimi çalışan Elxan Şeyxov Sadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Məhəmməd xan ("Nadir şah", N. Nərimanov), Leonardo ("Sükut divarı", P. Messina), Miri bəy ("Dirilən adam", M. Cəlal), Möhnət ("Məhsəti" , K. Ağayeva), Sərvər ("O olmasın , bu olsun", Ü. Hacıbəyov) və bu kimi 100-ə yaxın rollar oynamışdır.

Prezident mükafatçısı olmuşdur (2007) və 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına layıq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]