Əliyev Elxan Hacıağa oğlu — Azərbaycan Respublikasının əməkdar jurnalisti[1].
Elxan Əliyev | |
---|---|
Əliyev Elxan Hacıağa oğlu | |
Doğum tarixi | |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Kərimova İffət Cəfər qızı |
Uşaqları | Elman, İsmət, Nəzakət, Elşən |
Atası | Əlıyev Hacıağa |
Anası | Əlıyeva Ceyran |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ali - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi, 1950-1955 ci il. |
Mükafatları |
Elxan Hacıağa oğlu Əliyev 24 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə musiqi məktəbini, 1950-ci ildə isə orta məktəbi bitirmişdir.
1955-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla göndərildiyi Şahbuz rayon gəzeti redaksiyasında məsul katib kimi işə başlamışdır.
1957-ci ildə o, "Şərq qapısı" qəzetində işləməyə göndərilir və 1965-ci ilədək redaksiyada məktublar, mədəni-məişət və kənd təsərrüfatı şöbələrinin müdiri kimi fəaliyyət göstərir. Bu arada o, SSRİ Jurnalistlər İttifaqının üzvü olur.
1965-ci ildən 1972-ci ilədək Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktor vəzifəsində, 1972-1974-cü illərdə isə Azərbaycan KP Naxçıvan şəhər Komitəsi şöbə müdiri vəzifəsində çalışır.
Jurnalistika sahəsində zəngin təcrübəyə malik olduğu, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1974-cü ilin mart ayında Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin olunur. Elə həmin il o, Ulya Noraşen seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir.
1989-1992-ci illərdə o, jurnalist fəaliyyətinə qayıdaraq Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı" qəzetinin baş redaktor müavini vəzifəsində işləmişdir[1].
1992-ci ilin sonunda ailəsi ilə Bakı şəhərinə köçür.
1994-2000-ci illərdə həyat və iş təcrübəsinə uyğun olaraq paytaxtda fəaliyyət göstərən müxtəlif yerlərdə baş redaktor, baş məsləhətçi vəzifəsində çalışıb.
2001-ci ilin oktyabr ayının 10-da rəhmətə gedib.
1956-ci ildən rəhmətə gedənədək Kərimova İffət Cəfər qızı ilə evli olub.
Onların 4 övladı olub.