Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 111 dəqiqə əvvəl Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Cəfərov Elxan Əliyar oğlu — Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Cəfərov Elxan Əliyar oğlu Ağbaba mahalının Oxçoğlu kəndində 1954-cü ildə dünyaya gəlib.
1961-ci ildə Oxçoğlu kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1965-ci ildən Bakı şəhərinin 64 saylı orta məktəbində təhsilini davam etdirib. 1971-ci N. Nərimanov adına Azərbaycan Tibb Univeristetinə daxil olub. O, tələbəlik illərində elmi məqalələri lə seçilmişdir.
Elxan 1977-ci ildə ali məktəbi bitirdikdən sonra Rusiyaya, Qorki şəhərinə getmişdir. Burada 5 saylı şəhər xəstəxanasında işləmiş, 1980-ci ildən klinik ordinaturada iki il təhsil alıb. Burada da elmi iş götürüb dissertant olmuş, 1984-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Elxan 1990–1994-cü illərdə Qarabağ uğrunda dedən döyüşlərdə həkim kimi iştrak etmişdir. O həm də Qarabağ Veteranlar Birliyinin yaradıcılarından biri, Qarabağ veteranıdır.
Elxan Cəfərov özü də bir qeyri-hökumət təşkilatı (Qarabağda Zərərçəkmiş və Qarabağ köçkünlərinə Tibbi yardım) yaradıb. Hazırda "Aristokrat" Tibb Mərkəzində cərrah, 16 saylı polinikada həkim işləyir.
Üç övladı(iki oğlu, bir qızı) var. Bakı şəhərində yaşayır.