Elxan Məmmədov (26 fevral 1982, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi, dünya və Avropa çempionu.[1]
Elxan Məmmədov | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Tam adı | Elxan Əbülfəz oğlu Məmmədov | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 26 fevral 1982 (42 yaş) | |||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||
Boyu | 182 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||
İdman növü | Cüdo | |||||||||||||||||||||||||||||||
Məşqçisi | Nazim Cəfərov | |||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasında birinci uğuruna Elxan Məmmədov 2003-cü ildə Azərbaycan Çempionatında bürünc medala sahib olmaqla imza atdı. 2004-cü ilin noyabrında isə Elxan Məmmədov Sloveniyanın Lyublyana şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib olmaqla beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı.
2005 və 2006-cı illərdə Azərbaycan Çempionatının qalibi olan Elxan Məmmədov 2007-ci ildə Polşa və Azərbaycanda baş tutan beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və qızıl medallara sahib oldu. Həmin ilin sentyabrında Elxan Məmmədov həm də Braziliyanın Rio-de-Janeyro şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.
2008-ci il Elxan Məmmədovun uğurlu mövsümlərindən biri oldu. World Cup seriyalı beynəlxalq turnirlərin Gürcüstan mərhələsində və Çexiya mərhələsində bürünc, Norveç mərhələsində gümüş, Azərbaycan mərhələsində isə qızıl medallara sahib olan Elxan Məmmədov apreldə Lissabon şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin ilin avqustunda Elxan Məmmədov həm də Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Kişilər −90 Kq. turnirində mübarizə aparan Elxan Məmmədov olimpiadanın 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Nemətulla Asranqulov ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Elxan Məmmədov rəqibi üzərində qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Xurşid Nəbiyev oldu.[2] Bu görüşdə də Elxan Məmmədov rəqibinə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə isə onun rəqibi son Dünya Çempionatının qalibi Gürcüstan nümayəndəsi İrali Tsirexidze oldu.[2] Həmin görüşdə Elxan Məmmədov rəqibinə məğlub oldu.[2] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Elxan Məmmədov təsəlliverici qrupda mübarizə apardı.[2] Elxan Məmmədovun bu qrupda birinci rəqibi Misir nümayəndəsi Heşam Mesbah oldu.[2] Həmin görüşdə Elxan Məmmədov rəqibinə məğlub oldu və olimpiadada mübarizəsini başa vurdu.[2] Olimpiadadan sonra Elxan Məmmədov Azərbaycan Çempionatını gümüş medalla başa vurdu.
2009-cu ildə Elxan Məmmədov əvvəlcə fevralda Almaniyanın Hamburq şəhərində IJF Qran-Pri beynəlxalq turnirində, sonra isə apreldə Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatında bürünc medallara sahib oldu. Daha sonra Elxan Məmmədov World Cup seriyalı beynəlxalq turnirlərin Rumıniya və Azərbaycan mərhələlərinin qalibi oldu. Noyabrda Əbu-Dabi şəhərində IJF Qran-Prisinin bürünc medalına sahib olan Elxan Məmmədov ilin sonuncu üçüncü dəfə Azərbaycan Çempionatının qalibi oldu.
Elxan Məmmədov 2010-cu ilin apreldə Avstriyanın Vyana şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə mayı ərzində Tunis və Misirdə baş tutan beynəlxalq turnirləri gümüş medallarla başa vurdu. Sentyabrda Elxan Məmmədov Yaponiyada baş tutan Dünya Çempionatının bürünc medalına sahib olmaqla Dünya Çempionatlarında birinci uğuruna imza atdı.
2011-ci ilin yanvarında Elxan Məmmədov IJF World Masteres beynəlxalq turnirinin qalibi oldu. Mayda Azərbaycanda IJF Qran-Pri seriyalı beynəlxalq turnirin bürünc medalına sahib olan Elxan Məmmədov iyun 2011-ci ildən fevral 2012-ci ilə qədər altı nüfüzlu beynəlxalq turnirdə bürünc medal uğrunda görüşlərdə məğlub olaraq turnirləri beşinci pillələrdə başa vurdu. 2012-ci ilin mayında isə Elxan Məmmədov Azərbaycanda IJF Qran-Pri beynəlxaql turnirinin qalibi oldu. Elxan Məmmədov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
Elxan Məmmədov Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −90 Kq. turnirində mübarizə aparan Elxan Məmmədov olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Xristofe Lambert ilə üz-üzə gəldi.[3] Həmin görüşdə rəqibi üzərində qələbə qazanan Elxan Məmmədov olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu görüşdə onun rəqibi Cənubi Koreya cüdoçusu Son Da-Nam oldu.[3] Həmin görüşdə Elxan Məmmədov rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[3] Olimpiadadan sonra Elxan Məmmədov noyabrda dördüncü dəfə Azərbaycan Çempionatının qalibi oldu.
Karyerasının ən uğurlu mövsümü isə 2013-cü ildə oldu. Elxan Məmmədov may ayı ərzində Azərbaycanda IJF Qran-Pri və Rusiyada IJF World Masters beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Avqustda isə Elxan Məmmədov Azərbaycan cüdosunda tarixi uğura imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan Dünya Çempionatının final görüşündə Elxan Məmmədov Niderland nümayəndəsi Hen Grol üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib oldu və Dünya çempionu olan birinci Azərbaycan cüdoçusu olaraq tarixə düşdü.
2014 və 2015-ci illər isə Elxan Məmmədov üçün uğursuz mövsümlər oldu. İl ərzində Elxan Məmmədov yeganə medalına mayda Azərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirində final görüşündə məğlub olmaqla sahib oldu. 2015-ci ildə isə Elxan Məmmədov nüfuzlu beynəlxalq turnirlərdən 2-sini beşinci, 4-ünü isə yeddinci pillədə başa vurdu. Mösüm ərzində onun yeganə medalı noyabrda Çində IJF Qran-Pri beynəlxalq turnirinin bürünc medalı oldu.
Elxan Məmmədov 2016-cı ilin yanvarında Kubanın Havana şəhərində baş tutan IJF Qran-Pri beynəlxalq turnirii bürünc medalla başa vurdu. Apreldə isə Elxan Məmmədov Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin olimpiadada çıxış eləməyən Elxan Məmmədov mövsüm ərzində Almatı şəhərində (Qazaxıstan) IJF Qran-Pri və Əbu-Dabi şəhərində (BƏƏ) IJF Grand Slam beynəlxalq turnirlərinin qalibi oldu.
Karyerasının sonları olmasına baxmayaraq 2017-ci il də Elxan Məmmədovun uğurlu mövsümlərindən biri oldu. Martda Azərbaycanda IJF Grand Slam beynəlxalq turnirində və apreldə Antalya şəhərində IJF Qran-Pri beynəlxalq turnirində bürünc medallara sahib olan Elxan Məmmədov apreldə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bununla da Elxan Məmmədov Dünya və Avropa çempionu olan birinci və yeganə Azərbaycan cüdoçusu oldu. Mayda IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medala sahib olan Elxan Məmmədov həmin il Rusiyanın St. Peterburq şəhərində IJF World Masters beynəlxalq turnirini bürünc medalla başa vurdu.
Dünya və Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olan Elxan Məmmədov 2018-ci ildə 36 yaşında idmanla vidalaşdı. Karyerasını başa vurduqdan sonra məşqçi olaraq çalışır.
2024-cü il 13 avqust Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub