Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011).
Elxan Nuriyev | |
---|---|
Doğum tarixi | 15 may 1969 (55 yaş) |
Doğum yeri | |
Təhsili | Bonn Universiteti, Rusiya Elmlər Akademiyası, Azərbaycan Dillər Universiteti |
Vikianbarda əlaqəli mediafayllar |
Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb.
1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub.
1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb.[1]
1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb[2].
2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
2005-2006-cı illərdə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda aparıcı ekspert kimi işləmişdir.[3]
2004-2010-cu illərde Qərb Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professor vəsifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.[4] 21 yanvar 2011-ci ildə vəzifəsindən azad edilmişdir.[5]
2013-cü ildən bu günə kimi Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz beynəlxalq ekspert qrupunun regional təhlükəsizlik strategiyası üzrə müşaviridir.
2014-cü ildə Berlində yerləşən Almaniyanın tanınmış beyin mərkəzlərindən olan Beynəlxalq Əlaqələr üzrə Alman Şurasında (DGAP), 2015-ci ildə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda (SWP), 2019-cu ildə ZOIS - Şərqi Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzində və 2020-ci ildə Leipzig Universitetin nəzdində olan Qlobal Dinamika üzrə Tədqiqat Mərkəzində (ReCentGlobe) ekspert və məsləhətçi kimi işləmişdir.
2021-ci ildə Elxan Nuriyev Macarıstanın Xarici İşlər və Ticarət İnstitutunda (IFAT) dəvət olunmuş beynəlxalq ekspert və məsləhətçi kimi çalışıb.
2024-cü ildə Elxan Nuriyev Macarıstanın Mathias Corvinus Collegium Fonduna beynəlxalq ekspert kimi dəvət olunub.
Yerli və beynəlxalq mətbuata mütəmadi olaraq siyasi şərhlər verir [6], 150-dən çox elmi-analitik məqalələrin və monoqrafiyaların habelə The South Caucasus at the Crossroads: Conflicts, Caspian Oil and Great Power Politics, (LIT, Germany, 2007) və Azerbaijan and the European Union: New Landmarks of Strategic Partnership (Routledge, Taylor & Francis, London, UK, 2008) kitabların müəllifidir.[7][8]
Xarici dillərdən ingilis, alman, türk və rus dillərini bilir.
Evlidir, iki övladı var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |