Elxan Əzim oğlu Quliyev — Azərbaycanlı şəhid.
Elxan Quliyev | |
---|---|
Elxan Əzim oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Arıqıran kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Füzuli rayonu, Alxanlı kəndi |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Gədəbəy rayonu, Arıqıran kəndi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Quliyev Elxan Əzim oğlu 1971-ci ildə Gədəbəy rayonuun Arıqıran kəndində anadan olmuşdur. 1989-91-ci illərdə sovet ordusunda xidmət edib. 1992-ci il avqust ayından Azərbaycan milli ordusuna Gədəbəy RHK-dan çağırılıb. Ağdam rayonunda daxili qoşunların 3651 № li briqadasında xidmətə başlamışdır. Ağdam bölgəsində bir çox döyüşlərdə iştirak etmiş və 1993-cü ildə yaralanıb. Müalicə olunandan sonra 1993-cü il noyabr ayında 702 №-H hərbi hissədə xidmətə başlamış və Füzuli rayonunun Əhmədbəyli, Bəy Bəhmənli, Araz Yağlavəndi, Babı, Arayatlı, Şükürbəyli, Aşağı Abdulrəhmanlı, Aşağı Seyidəhmədli, Yuxarı Seyidəhmədli, Alxanlı kəndlərinin azad edilməsi uğrundakı döyüşlərdə iştirak etmişdir. Hərbi hissəyə gəldiyi ilk gündən özünü bacarıqlı döyüşçü, intizamlı əsgər kimi tanıtmış, döyüş yoldaşlarının komandir və rəislərin əmr və tapşırıqlarının vaxtında yerinə yetirilməsi üçün daim çalışmışdır. 31 oktyabr 1994-cü ildə Füzuli rayonunun Alxanlı kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb şəhid olmuşdur.