Bu səhifənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Embawood şirkəti 1996-cı ildə şirkətin təsisçisi və rəhbəri olan Elşad Abbasov tərəfindən qurulmuşdur.[1]
Embawood | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Mebel |
Məhsulu | Ev mebeli |
Təsis tarixi | 1996 |
Rəhbərlik | |
Rəhbərlik | Elşad Abbasov |
embawood.az |
1996-cı ildə qurulmuş Embawood şirkəti fəaliyyət göstərdiyi illər ərzində müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniya dan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi. Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
Bu period ərzində şirkətin tarixində baş vermiş əhəmiyyətli hadisələr:
1996-cı il — Masallıda istehsalın qurulması;
2000-ci il — Xırdalanda ikinci fabrikin açılması;
2000-ci il — Ev mebeli ilə yanaşı İdeal Dizayn adlı ofis mebeli brendinin açılması;
2002-ci il — Embawood brendinin bazara çıxarılması;
2004-cü il — İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2005-ci il — Regional anbarların qurulması;
2007-ci il — İlk mağazanın açılması, pərakəndə satışın əsasının qoyulması;
2008-ci il — Xarici bazarlarda bazar payının götürülməsi;
2009-cu il — MDB məkanında ilk EN standartları ilə fəaliyyət göstərən Keyfiyyət sınaq laboratoriyasının qurulması;
2010-cu il — İkinci ev mebeli brendi - Madeyranın, döşək brendi - Dolce Nochenin bazara çıxarılması;
2011- ci il Embawood brendi rebranding etdi
2014 – ci il Qazaxıstan mebel fabrikinin açılması
2015- ci il OHSAS 18001 .2007 Ətraf mühit və təhlükəsizlik üzrə sertifikatın alınması
2015- ci il İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2015 – ci il Memarlıq və İnşaat üniveristeti ilə Embawood şirkəti arasında Memorandum imzalanması
2016- cı il Şirkət daxilində Müşahidə Şurasının Yaradılması. Şirkətin CEO tərəfində idarə edilməsi.
2017 – ci il Memarlıq və İnşaat üniversitetində Embawood emalatxanasının qurulması
2017 – ci il Şirkət təsisçisi Elşad Abbasovun Tərəqqi medalı ilə təltif edilməsi.
Bu gün: Yeni Embawoodla Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi.
Bu gün Embawood mağaza nöqtələri 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan və Ukraynada fəaliyyət göstərir. Əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur. Azərbaycanda 50-dən çox, Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə Embawood şirkətinə məxsus satış nöqtələri vardır.
Eyni zamanda Azərbaycan bazarında Madeyra adlı ikinci brendlə çıxış edən şirkətin bu brend adı altında 70-dən çox mağazası fəaliyyət göstərir.
İlk fabrikini Azərbaycanda qurmuş şirkət bu gün dünyanın 4 ölkəsində cəmi 7 fabrikə malikdir. Fabriklərdə istehsal olunan məhsullar Orta Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ölkələrinə ixrac edilir.
Masallı Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı yumşaq mebel istehsal sahəsi, yaylı döşək istehsal sahəsi, melamin lövhə istehsal sahəsi, MDF profil istehsal sahəsi.
Xırdalan Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı kürsülü ofis mebeli istehsal sahəsi, özəl sifarişlə kürsülü ofis mebeli istehsal sahəsi, laklı fasad istehsal sahəsi, PVC fasad istehsal sahəsi.
Sumqayıt Mebel Hissələri Fabriki: melamin lövhə istehsal sahəsi; arxalıq istehsal sahəsi, light board istehsal sahəsi.
Tbilisi Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı yumşaq mebel istehsal sahəsi, PVC fasad istehsal sahəsi, direct forming fasad istehsal sahəsi.[2]
Qardabani Mebel Hissələri Fabriki: melamin lövhə istehsal sahəsi.
Sambor Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsalı, laklı fasad istehsal sahəsi
DomDream online ticarət şirkəti olub Embawood şirkətinin nəzdində fəaliyyət göstərən alt şirkətidir. Ev mebeli, yataq dəsti, qonaq dəsti, ofis mebeli, ev tekstili, aksesuarlar, mətbəx mebelləri, çilçıraqlar, isıqlandırma çeşidləri DomDream şirkətinin satışını həyata keçirdiyi əsas məhsullardır.[3]