Emil Abdullayev 1989-cu il iyunun 30-da Bakı şəhərində dünyaya gəlmişdir. 1995—2006-cı illərdə Səməd Abdullayev adına 290 saylı orta məktəbdə təhsil almışdır. 2006—2011-ci illərdə “Odlar Yurdu” universitetində qiyabi ali təhsil alan Emil Abdullayev 2008— 2009-cu illərdə hərbi xidmətdə olmuşdur. 2009—2011-ci illərdə isə Türkiyədə “3D Akademi”-də təhsil almış və təhsilini xüsusi fərqlənmə diplomları ilə bitirmişdir.
Emil Abdullayev | |
---|---|
Emil Səməd oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Səməd Abdullayev |
Fəaliyyəti | Ssenari müəllifi, Quruluşçu Rejissor |
Fəaliyyət illəri | 2014—2017 |
İstiqamət | Komediya janrı |
Emil Abdullayev 2011-ci ildə "M Group Production" şirkətində rejissor kimi işə başlamış və 2012—2014-cü illərdə ANS teleakanalında yayımlanan “Bu da bu” yumoristik telelayihənin quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir.
2014-cü ildə "My name is İntiqam" komediya filminin quruluşçu rejissoru olmuşdur. Eyni zamanda filmin bütün montajını da özü etmişdir. (Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.) Emil Abdullayev My name is İntiqam filminin quruluşçu rejissoru olmaqla, Azərbaycan kino tarixində ən gənc uzunmetrajlı film çəkmiş rejissor kimidə tarixə düşüb
2015—2016-cı illərdə “Azad Azərbaycan” və “İlk Media” şirkətinin məhsulu olan və "Bozbash Pictures"in istehsalı olan “Axırıncı yol” macəra komediyasının quruluşçu rejissoru olmuşdur. (Xatırladaq ki, Axırıncı Yol filmi Azərbaycan müstəqil olduqdan sonra kinoteatrlarda yerli və xarici filmlər arasında 30 gün ərzində 100.000 baxış sayı toplamış yeganə filmdir.) Eyni zamanda "Axırıncı Yol" macəra komediyasının bütün montajını da Emil Abdullayev özü etmişdir[1].