Emil Məmmədov

Emil Məmmədov (11 may 1987, Bakı) — Azərbaycanlı peşəkar kikboksçu, 2 qat dünya çempionu, EMT Promosyon proyektinin yaradıcısı. Rusiyada ParaBox fedrasiyasının qurucusu.

Emil Məmmədov
Şəxsi məlumatlar
Tam adı Emil Elman oğlu Məmmədov
Ləqəbi Emilio
Vətəndaşlığı
Doğum tarixi 11 may 1987(1987-05-11) (36 yaş)
Doğum yeri
Boyu 174 sm.
Çəkisi 69 kq.
İdman növü Kikboksinq

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Emil Məmmədov 11 may 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7-ci sinfə qədər ümumtəhsil məktəbində oxumuşdur. Sonra Kadet Korpusunda təhsilinə davam etmişdir. Dərbənd Humanitar İnstitutunun qiyabi şöbəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətini yerinə yetirmişdir. Erkən yaşlarından idmanla məşğul olumağa başlamışdır. Emil dərslərində və karyerasında dəstəyi atası tərəfindən almışdır. Gənclik illərində şəhər çempionu olmuş və ilk uğurunu taekvondoda qazanmışdır. Daha sonra boksla məşğul olmağa başlamışdır. Dinamo klubu çərçivəsində keçirilən yarışlarda iştirak etmişdir. Daha sonra kikboksinqlə məşğul olmağa başlamışdır. 2007-ci ildə 64 kq çəkidə Azərbaycan hərbçiləri arasında çempion olmuşdur. 2008-ci ildə ikinci yeri tutaraq Qafqaz Kubokunu qazandı. 2009-cu ildə Qafqaz çempionu oldu. Daha sonra Rusiya Federasiyasında yaşamaq üçün icazə almışdır. 2011-ci ildə həvəskar karyerasını başa vurdu və ailə səbəbləri ilə üç il rinqə çıxmadı. 2012-ci ildə karyerasına geri döndü. 2014-cü ilin aprelində 70 kq çəki dərəcəsində peşəkar kikboksinq rinqində debüt etdi. Emil Məmmədov "EMT (Emilio Motivation Team)" layihələrin yaratdı. Lipovoy GYM döyüş klubu şəbəkəsinin vitse-prezidenti olmuşdur. Milli Narkotiklə Mübarizə Birliyində bir idman kuratoru olaraq çalışmışdır. Stopnarkotik proqramında iştirak etmişdir . Televiziya çəkilişlərində, radio yayımlarında fəal iştirak etmişdir. Ayrıca, 2015-ci ildə Rusiyada ParaBox federasiyasını qurdu.

8 noyabr 2015-ci ildə Nicholas Kravchuku ikinci turda nokaut etdi.

20 dekabr 2015-ci il tarixində Məmmədov Bolqarıstanlı rəqibi Alexander Novakovu ilk raundun əvvəlində nokauta salmışdır.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Həvəskar boks — Azərbaycan çempionatının bürünc mükafatçısı.
  • Taekvondo — qəhvəyi kəmər.
  • Həvəskar kikboksinq — Zaqafqaziya çempionu.
  • Peşəkar kikboksinq — "Kumite Fight" iki qat dünya çempionu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Эксклюзивное интервью с Эмилем Маммадовым Источник:
  2. Секреты питания для идеального тела.
  3. ЭМИЛЬ МАММАДОВ: ПУТЬ ВОИНА.
  4. ОТРК "Русь", Новости от 31.08.2015. Arxivləşdirilib 2016-02-02 at the Wayback Machine
  5. Эмиль Маммадов: Будем выходить на международный уровень.
  6. Эмиль Маммадов о своём поединке прошедшем 8 ноября 2015 года
  7. Эмиль Маммадов о своём поединке прошедшем 8 ноября 2015 года. [ölü keçid]
  8. СЕКРЕТ УСПЕХА.
  9. Кикбоксер Эмиль Маммадов: Нужно драться на ринге, а не в жизни Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine
  10. Азербайджанский кикбоксер Эмиль Маммадов: "Меня мотивирует Мухаммед Али…" (эксклюзив, фото)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]