Emil Vurğun oğlu Musayev (2 oktyabr 1989, Bakı) — azərbaycanlı aktyor, ssenarist, blogger, aparıcı, Planet Parni iz Baku KVN teatrının aktyoru, Vətən müharibəsinin iştirakçısı.
Emil Musayev 2 oktyabr 1989-cu ildə Bakıda anadan olub. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra kompüter texnologiyaları ixtisası üzrə Azərbaycan Texniki Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra isə 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Emil Musayev İkinci Qarabağ müharibəsi iştirakçısıdır.[1][2] O, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.[3][4]
- 2011-ci ildə teatrın "10line yubiley"
- 2013-cü ildə "Hər gün sirk"
- 2014-cü ildə "Analoqu olmayan"
- 2015-ci ildə "Hamı avroppalara"
- 2016-cı ildə "İdeal milli yumor"
- 2017-ci ildə "TV-yə giriş qadağandır"
- 2018-ci ildə "Nataşa tı prişol?"
- 2019-cu ildə isə "Nataşa mı prişla" adlı solo konsertlərində çıxış edib
- 2018-ci ildə "Bəxt üzüyü 2"[5][6]
- 2019-cu ildə "Məhəllə 3"
- 2024-cü ildə "Qapı"[7] filmlərində baş rol almışdır.
"Zarafat Zarafata" və "Zarafat+" layihələrinin ideya müəllifi və rəhbəridir.
- 2015-ci ildə "Bizim Əhməd haradadır?" serialı
- 2016-cı ildə "Ölülər XXI əsr"[8] filmi
- 2019–2020 İctimai Televiziyada yayımlanan "Bizim restoran" serialı
- 2020-ci ildə "Ağanatiq" filmində rol almışdır.
- 2019-cu ildə "Report" İnformasiya Agentliyi, "Cinemazadeh" studiyası, "Bakı Media Mərkəzi", "CinemaPlus" kinoteatrlar şəbəkəsi, "Azad Azərbaycan" teleradio yayım şirkəti və "CBC" telekanalı tərəfindən "Siqaret çəkmə, kino çək!" mövzusunda film müsabiqəsi elan edilib. Emil Musayevin müsabiqəyə təqdim etdiyi "Siqaret öldürür" adlı filmi 92 film arasında 3-cü yerə layiq görülüb.[9][10]
- 2022-ci ildə müəllifi olduğu qısametrajlı “Pupa” filmi ABŞ-ın nüfuzlu “Sundance” film festivalında nümayiş etdirilib.[11]
| |
---|
Foto, video və audio | |
---|
Tematik saytlar | |
---|