Tahirov Emil Vahid oğlu — aktyor.
Emil Tahirov | |
---|---|
Emil Vahid oğlu Tahirov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | aktyor |
Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor kimi çalışıb. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Onun yaratdığı: Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar aktyorun yaradıcılıq palitrasının nümunələrindəndir. KVN teatrında da çalışan aktyor məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib.
Çox təəssüf ki, istedadlı aktyorun həyatı faciə olmuşdur. Emil təklik və dərdə dözməyərək həddən artıq alkoqol qəbul edirmiş və bu da onda serroz xəstəliyi yaratmışdır. Həyatda problemlər yaşayan aktyor işindən ayrılmış və tənhalığa çəkilmişdir. Ömrünün son vaxtlarında hamı tərəfindən unudulmuş, itkin düşmüşdür. Mətbuat və tanışları tərəfindən axtarılan aktyor haqqında bir müddət xəbər çıxmamışdır. Nəhayət, 6 sentyabr 2016-cı ildə aktyorun dostları Elman Babayev və Nərminə Sultanova tərəfindən sənəd yayımlandı. Sənəddə aktyorun avqustun 4-də Buzovna Vərəm Dispanserində vərəm xəstəliyindən dünyasını dəyişdiyi bildirilmişdir.[1]