Emili Barrinqer

Emili Danninq Barrinqer (1876[1]8 aprel 1961) — dünyanın ilk təcili yardım cərrahı və cərrahi rezidenturaya yiyələnmiş ilk qadın.[2][3][4]

Emili Barringer
Doğum tarixi 1876[1]
Vəfat tarixi 8 aprel 1961(1961-04-08)
Təhsili
Fəaliyyəti cərrah, həkim, ginekoloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emili Danninq Nyu-Yorkun Skarsdeyl şəhərində Edvin Ceyms Danninq və Frensis Qor Lanqın ailəsində anadan olub. Təqribən on yaşı olanda onun varlı Nyu-York ailəsi çətin günlərə düşdü və atası var-dövlətini bərpa etmək üçün anasını beş uşaqla qoyaraq Avropaya getdi. Anasının dostu qızına dəyirmançı ustanın yanında şagird olmağı təklif etsə də, anası buna qarşı çıxmış və təhsil alacağını bildirmişdir. Ailə dostları olan doktor Meri Korinna Putnam, onlara Kornell Universitetinin tibbi hazırlıq kursunu tövsiyə etdi və Kornellin qurucularından olan əmisi Henri Seyc, təhsil haqqını ödəməyə razı oldu. Digər ailə dostları da xərclərə kömək edirdi. Emili Danninq 1897-ci ildə məzun oldu və Nyu-York Klinikasının Tibb Kollecində oxumağa qərar verdi. Oradakı ikinci ilində kollec yeni Kornell Universiteti Tibb Məktəbi ilə birləşdi.[5]

O, 1901-ci ildə tibb dərəcəsini aldı və daha sonra Nyu-Yorkdakı Quvernyor Xəstəxanasında təcrübə keçmək üçün seçmə imtahanında ikinci ən yüksək balı qazandı. Lakin xəstəxana onun müraciətini rədd etdi. Növbəti il, siyasi və dini xadimlərin dəstəyi ilə o, yenidən müraciət etdi və bu dəfə xəstəxana onu qəbul etdi, beləliklə o, xəstəxana xidmətində cərrahiyyə üzrə aspirantura təhsili üçün qəbul edilən ilk qadın oldu.[4]

Rezidentura[redaktə | mənbəni redaktə et]

Milli Tibb Kitabxanasının saytına görə, Barrinqerin tibbi rezident yoldaşları ona çətin növbətçi cədvəlləri və palata vəzifələri tapşırdılar və ona başqa şəkildə əziyyət verdilər.[5] O bu barədə öz avtobioqrafiyasında da qeydlər etmişdir. Nəticə eetibarilə, qadın həkim, işlədiyi Aşağı Şərq Tərəf məhəlləsi üçün bir maraq mövzusu idi və Nyu-York şəhər qəzetləri onun haqqında uzun məqalələr dərc edirdilər.

O, 1904-cü ildə rezidenturasını bitirdikdən bir gün sonra həkim olan Benjamin Barrinqer ilə evləndi. Cütlüyün Benjamin Lenq Barrinqer (1910–1992)[6] və Velona Barrinqer Stiv (1918–1989) adlı iki övladı oldu.[7]

Birinci Dünya Müharibəsi zamanı o, Milli Tibbi Qadınlar Assosiasiyasının (daha sonra Amerika Tibb Qadınları Assosiasiyası) Amerika Qadın Xəstəxanalarının Müharibə Xidməti Komitəsinin sədr müavini vəzifəsində çalışmış və Avropaya göndəriləcək təcili yardım maşınları üçün pul toplama kampaniyasına rəhbərlik etmişdir.

Emili Danninq Barrinqer, Nyu-Yorkdakı Quvernyor Xəstəxanasında rezident olaraq.
Barrinqer 1901-ci il məzuniyyətində.

Sonrakı karyera[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Barrinqer Nyu York Poliklinika Xəstəxanasında ginekologiya heyətində xidmət etdi. O, həmçinin Nyu-York Qadın və Uşaq Klinikasında uzman cərrah kimi çalışmış və zöhrəvi xəstəliklər üzrə ixtisaslaşdı. Həmçinin Bruklindəki Kinqston Avenue Xəstəxanasında uzman cərrah və daha sonra ginekologiya direktoru oldu.

Barrinqer qadınların seçki hüququnun tərəfdarı idi və qadınlar üçün tibb təhsilinin yaxşılaşdırılması, ictimai səhiyyə və məhbus qadınların müalicəsində islahatların aparılması üçün çalışdı. 1942-ci ildə Amerika Tibb Qadınları Assosiasiyasının prezidenti oldu. Assosiasiyanın Müharibə Xidməti Komitəsinin həmsədri kimi o, müharibə zamanı və müharibədən sonra tibbi və cərrahi yardım göstərən Avropada Amerika Qadın Xəstəxanasını təşkil etdi.[4]

İkinci Dünya Müharibəsi zamanı Barrinqer qadın həkimlərin Ordu Tibbi Ehtiyat Korpusunda zabit kimi xidmət etməsinə icazə vermək üçün Konqresə lobbiçilik etdi. 1943-cü ildə Konqres qadınlara Ordu, Hərbi Dəniz Qüvvələri və İctimai Səhiyyə Xidmətində xidmət etmək hüququ verən Sparkman Qanununu qəbul etdi.

Daha sonra Konnektikut ştatının Darien ve New Canaan şəhərlərində yaşadı.[4] 2000-ci ildə adı Konnektikut Qadınların Şöhrət Siyahısına daxil edilmişdir.

Onun avtobioqrafiyası, Boveridən Bellevueyə: Nyu-Yorkun ilk qadın təcili yardım cərrahının hekayəsi, MGM tərəfindən 1952-ci ildə "Ağ paltarlı qız" filminə çəkildi.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. Vol. 1. P. 84. 798 p. ISBN 978-1-135-96342-2
  2. "Emily Dunning Barringer Biography". IMDB.com. December 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2017.
  3. "Emily Dunning Barringer". Connecticut Women's Hall of Fame. 24 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2016.
  4. 1 2 3 4 5 [1] Arxivləşdirilib 2018-09-24 at the Wayback Machine Connecticut Women's Hall of Fame Web site, Web page titled "Emily Dunning Barringer", accessed August 15, 2011
  5. 1 2 [2] Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine National Library of Medicine Web site, Web page titled "Celebrating America's Women Physicians: Changing the Face of Medicine: Dr. Emily Dunning Barringer" accessed November 1, 2006
  6. "Barringer Cemetery in the Cove – Benjamin Lang Barringer". Findagrave.com. September 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2017.
  7. "St. David's Episcopal Church Cemetery Wayne, Chester County, Pennsylvania". Interment.net. December 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2017.