Emin Əfəndiyev

Emin Əfəndiyev (d. 1987) — rejissor. Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib. Filmləri bir neçə festivalın qalibi olub.

Emin Əfəndiyev
Emin Əfəndiyev
Doğum tarixi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 2007-indiyədək

Emin Əfəndiyev 1987-ci ildə anadan olub. 2009-cu ildə İncəsənət Universitetinin "kino şöbəsi" – rejissor Yalçın Əfəndiyevin kursunu bitirib.[1] Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib.

2007-ci ildə keçirilmiş “Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibidir.[1]

Beynəlxalq Audio-Vizual Festivalın mükafatçısıdır.[1]

İdman və Turizm Nazirliyi tərəfindən "ilin rejissoru" seçilib.[1]

2016-cı ildə "Hədiyyə" qısametrajlı filmi “Azərbaycan ailəsi 2016” film festivalında “Ən yaxşı bədii film” nominasiyası üzrə qalib olub.

  1. 0:1... (film, 2007) (qısametrajlı bədii film) (quruluşçu rejissor; ssenari müəllifi)[1]
  2. Abşeron abidəsi (film, 2009) (qısametrajlı sənədli film) (rejissor; ssenari müəllifi; montajçı)
  3. Yuva (film, 2012) (qısametrajlı bədii film) (quruluşçu rejissor)
  4. Əmi. Yelmar Edilov (film, 2014) (qısametrajlı sənədli film) (rejissor; montajçı)
  5. Hədiyyə (film, 2016) (qısametrajlı bədiii film) ("Hədiyyə" qısametrajlı filmi: rejissor)[1]
  6. Nar bağı (film, 2017) (tammetrajlı bədii film)[1]
  1. 1 2 3 4 5 6 7 "Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır" (az.)). azadliq.org. 2016-08-21. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.