Emin Asif oğlu Qədirov (25 aprel 1995, Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi – 21 oktyabr 2020 Füzuli rayonu,Gecəgözlü kəndi,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Emin Qədirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Gecəgözlü kəndi |
Dəfn yeri | Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Füzuli, Xocavənd, Cəbrayılın azad edilməsi |
Təltifləri | "Vətən uğrunda" medalı , “Xocavəndin azad olunmasına görə” medalı |
Emin Qədirov 1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib. Xidmətdən qayıdandan sonra müxtəlif müvəqqəti işlərdə işləyib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
2017-ci ilin iyul ayında SHXÇDX-nin Bakı şəhəri, Xəzər rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədədə xidmət edib. 21 sentyabr 2020-ci ildə hərbi təlimlərə qatılaraq, 27 sentyabr 2020-ci ildə başlanmış İkinci Qarabağ müharibəsində könüllü surətdə iştirak etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.