Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Emosional gərginlik— Emosional stresin orqanizmin münaqişəli şəraitlərdə reaksiyası kimi müasir təsəvvürlər stresin təbiətinə baxışları dəyişdirdi və diqqəti humoral mexanizmlərin mərkəzi və vegetativ sinir sisteminin reaksiyaları tərəfindən həyata keçirilməsinə yönəltdi. Xüsusilə, müasir dövrümüzün emosional gərgin şəraitlərlə zəngin olması insan həyatının risk faktorlarla qarşılaşmasına şərait yaradır və əlbəttə ki, sağlamlığa ciddi təsir göstərərək insan həyatını təhlükə qarşısında qoyur. Elmi-texniki tərəqqi, elm -təhsil prosesinin mürəkkəbləşməsi və informasiya bolluğu insan həyatını emosional gərginlik yaradan faktorlarla zənginləşdirmişdir ki, məhz bu da insanın emosional vəziyyətinin və bununla əlaqədar mərkəzi sinir sisteminin emosional gərginlik zamanı fəaliyyətının öyrənilməsini aktual problemə çevirmişdir.Adaptasiya proseslərinin öyrənilməsi emosional gərginlik və stres anlayışları ilə sıx əlaqədardır.Yol verilən həddən artiq emosional gərginliyin artması zamanı orqanizm müdafiə ehtiyatlarını mobilizasiya edir.Əgər stres təsir kəsilmirsə, ikinci mərhələ başlayır; bu mərhələdə uyğunlaşma mexanizmləri ilə stres faktor arasında mübarizə başlayır.Daxili tarazlıq sistemlərinin ehtiyat imkanları qurtaqdıqdan sonra, stresin üçüncü mərhələsi başlayır və bu ehtiyatların tükənməsi ilə nəticələnir.Əgər stres davam edərsə, onda orqanizmdə hər hansı " stres xəstəliyinin " əmələ gəlməsi labüddür. Bu hal distres adlanır və orqanizmin stres şəraiti ilə mübarizə aparmağa gücü çatmır.Beləliklə, emosional gərginlik və stres insan həyatının əsas hissələrindən biri sayılır və ondan qaçmaq qeyri-mümkündür. Eyni zamanda stresin təlim və tərbiyə kimi mürəkkəb proseslərə tənzimləyici, yaradıcı və formalaşdırıcı təsirinin də vacibliyini qeyd etmək lazımdır.Lakin stres təsir insanın uyğunlaşma imkanlarından yuxarı olmamalıdır, əks təqdirdə insanın əhval- ruhiyyəsi pozularaq nevrotik və somatik xəstəliklərə səbəb ola bilər.Yaşadığımız müasir dövr ücün stres vəziyyəti xəstəlik sayılmır. Əgər stres olmasaydı, insan həyatı tamamilə mənasız olardı.Məhz stres canlı orqanizmlərin həyat aktivliyinin təmin edərək normal səviyyədə saxlanmasına nail olur.