Endotoksin

Lipopolisakkaritin quruluşu

Endotoksin — Çoxalma və parçalanma zamanı mikroorqanizmlər bir sıra məhsullar əmələ gətirirlər ki, bunlara mikrob ifrazatı deyilir. Bu ifrazatlar zəhərli və zəhərsiz olmaqla iki yerə bölünür. Zəhərli ifrazat toksin adlanır. Toksinlər suda əriyir, buna görə də olduqları mühitdə sürətlə yayıla bilirlər. Olduqca qüvvətli zəhərdirlər. Maye halda qismən aktivliklərini itirirlər. Toksinlər də öz növbəsində iki qrupa bölünürlər: Ekzotoksin və endotoksinlər.

Ekzotoksinlər mikroorqanizmlər tərəfindən xaricə ifraz olunur və əsasən qram-müsbət bakteriyalar tərəfindən yaradılır. İki növü var: toksoforlar-toksin təbiətli, haptoforlar-antigen təbiətli. Bu iki qrupdan biri məhv edildikdə digəri fəaliyyət qazanır. Məsələn, formaldehidin və ya istinin təsirindən toksofor qrup məhv olur, sadəcə haptofor qrupu sabit qalır. Bu cür toksinə anatoksin deyilir.

Endotoksinlər — LPS (lipopolisaxarid) quruluşunda olan bir sıra toksik maddələrdir, hansı ki bakteriyaların hüceyrə divarında tapılır və yalnız hüceyrənin parçalanması nəticəsində xaricə çıxarılır. Müxtəlif təbiətlidirlər (alkaloidlər, qələvi, duzlar və s.). Hansısa orqanizmə daxil olduqdan 1–1,5 saat sonra istiliyin yüksəlməsinə səbəb olurlar. Bundan əlavə ishal, ayaqlarda iflic, nəfəs darlığı kimi əlamətlər də yaradırlar. Endotoksinlərə klassik nümunə müxtəlif qram-mənfi bakteriyaların xarici membranında tapılan lipopolisaxaridlər və ya lipooliqosaxaridlərdir. LPS və endotoksin terminləri tez-tez bir-birinin əvəzində işlədilir.

Bunun da əsas səbəbi LPS-in ilk kəşf edilən endotoksin olmasıdır. 1800-cü illərdə bakteriyaların olduqları mühitə toksin ifraz etmələri artıq məlum idi. Sonrakı araşdırmalar bu endotoksin effektinin əslində LPS-dən qaynaqlandığını göstərir. Və bu endotoksin termini qram-mənfi bakteriyaların öz hissələrinin də toksikoza yol aça bilmə kəşfinə dayanır. LPS-dən başqa, digər endotoksinlər də məlumdur. Məsələn, Bacillus thuringiensis`də tapılan delta endotoksin bakteriyanın içindəki endosporun ətrafında kristal cisimciklər əmələ gətirir. Bunlar bəzi böcək sürfələri üçün zəhərli olsalar da, insanlar üçün heç bir zəhərli təsiri yoxdur. Çünki onların fəaliyyətə başlaması üçün lazım olan fermentlər insanda yoxdur.