Eneida — Roma şairi Vergilinin Roma İmperiyasının dastanı sayılan epik dastanıdır. Eposun baş qəhrəmanı olan Eney Troya qəhrəmanıdır. Əfsanələrə görə, Eney Troya padşahlarının nəslindən olan Anxises və Afroditanın oğlu və Hektorun əmisi oğludur. Troyanın yunanlara qarşı müdafiəsində mühüm rol oynamış və qazanmış olduğu müvəffəqiyyətləri ilə təkcə Hektoru keçə bilməmişdir. Homer qeyd edir ki, Eney bu ikinci adam olması vəziyyətindən narazı idi. Sonrakı əfsanələrdə onun Troyaya xəyanət etməsi fikri də bu sözlərdən doğmuşdur. Lakin onun əfsanəsinin daha geniş yayılmış formasında o, sağ qalan troyalıların lideri kimi göstərilir. Hər iki halda Eney müharibədən sağ çıxmışdır.
Eneida | |
---|---|
lat. Aenēis | |
Janr | Epik növ, epos |
Müəllif | Vergili[1][2][…] |
Orijinal dili | latın dili |
Yazılma ili | I əsr[1] |
Vikianbarda əlaqəli mediafayllar |