Enlibarmaq çay xərçəngi

Enlibarmaq çay xərçəngi (lat. Astacus astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü.

Enlibarmaq çay xərçəngi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Sinifüstü:
Yarımsinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Ranqsız:
İnfradəstə:
Fəsiləüstü:
Növ:
Enlibarmaq çay xərçəngi
Beynəlxalq elmi adı

Enlibarmaq çay xərçənginin bədəni iki hissədən ibarətdir. Onlar baş-döş və qarıncıq adlanır. Çay xərçənginin tənəffüs orqanları yerimə ayaqlarının dibindəki qəlsəmələrdir. Çünki onların baş döş hissəsi secilmədiyi üçün baş-döş və qarıncıqdan ibarətdir. Ayrıcinslidirlər. Ürək beşbucaqlıdır, baş-döş hissənin bel tərəfində yerləşir. Açıq qan-damar sistemi vardır.

Bütün Avropa qitəsində şirin sularda yayılmışdır. Onun təbii populyasiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində xeyli azalmışdır, XX əsrin ortalarından isə Amerikadan gətirilmiş xallı çay xərçəngi - Pacifastacus leniusculus onu təbii yaşayış yerlərindən sıxışdırmağa başlamışdır. Hazırda xüsusi qorunma (VU) statusuna malikdir.

Xərçəng təmiz şirin sulara-düzənlik çaylarına, göllərə, nohurlara və iti axarlı dağ çaylarına üstünlük verir. Təmiz suyun bioloji göstəricisidir. Bitki mənşəli komponentlər qidalanmada üstünlük (90%) təşkil edir. Xərçəng yayda təzə su bitkiləri və fitoplanktonla, payızda və qışda isə ölmüş bitki qalıqları, yumşaqbədənli, qurdlar, həşaratlar, onların sürfələri, ölmüş heyvan qalıqları və s. ilə qidalanır. Qida axtarışı üçün yuvadan 250 m-dək uzaqlaşa bilir. Çürüməyə başlayan heyvan cəmdəklərinin qoxusunu uzaq məsafədən hiss edir. Gündüzlər gizlənir, gecələr ov edir. Yumşaq qruntlarda özünə 35-120 sm dərinlikdə yuva qaza bilir. Bu xərçəng digər çay xərçəngləri kimi irəli hərəkət edir, qarıncıqla avarlayaraq arxaya üzür. Bir erkək fərd üç dişini mayalaya bilər. Yeni yumurtadan çıxmış xərçəngciklərin bədən ölçüsü 2 mm-dəkdir. Onlar ilk 10-12 günü ana ilə birgə, onun qarnı altında yaşayırlar. İnkişafın birinci ilində xərçəngciklər beş dəfə qabığını dəyişir. Onların fərdi kütləsi 1,0-1,5 q olur. Enlibarmaq xərçəng 20-25 il yaşaya bilir. Hələ orta əsrlərdən delikates yemək hesab edilir.

Bədən örtüyünün 40%-ni üzvi maddələr, 60%-ni isə kalsium duzları təşkil edir.