Enliyarpaq zәngçiçәyi

Hündürlüyü 1 m-dən yuxarı, gövdəsi düz, sadə,çılpaq və ya kifayət qədər seyrək tüklüdür,uzununa-zolaqlı çoxillik ot bitkisidir. Kökü liflidir,südlü şirəsi vardır.[1]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları çılpaq, bəzən nahamar olur, uzunluğu 7-12 sm, eni 3-6 sm-dir, alt tərəfdən tutqundur, kənarları qeyri-müntəzəm iki növ mişarvaridir; kökətrafı yarpaqlar yumurtaşəkilli-uzunsovdur, qaidə hissəsi ürəkşəkillidir, gövdə yarpaqlarına nisbətən daha uzun dişlidir; aşağı gövdə yarpaqları qısa saplaqlı, yumurtaşəkilli və sivriləşmişdir, yuxarı yarpaqlar oturaq, daha ensiz və demək olar ki,tamkənarlıdır.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri iridir, saplaqlıdır, yuxarı yarpaqların qoltuğunda bir ədəd olmaqla yerləşmiş, düzdür, ensiz, demək olar ki,sünbülşəkilli və nisbətən seyrəkçiçəkli salxım əmələ gətirəndir. Tac göy və ya bəzən, demək olar ki, ağ rəngdədir. Uzun yumşaq tüklərdən ibarət olan qıfşəkilli daxili şırımlıdır.

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq üç deşiklə açılır, yumurtaşəkilli və enəndir. Toxumları yumurtaşəkilli, yastıtəhər və tutqun-sarı rəndədir.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyun-İyul

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyul-Avqust

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı meşə və subalp qurşağında.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Yarpaqlı və qarışıq meşələrdə, subalp yüksəkotluqlarda rast gəlinir.


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016