Ensiklopediya nəşriyyatı

“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır.

Ensiklopediya Nəşriyyatı
Ölkə Azərbaycan Azərbaycan
Yaranma tarixi 2011
Qurucu Fikrət Nağıyev
Qərargah Bakı, Azərbaycan
Əsas insanlar Fikrət Nağıyev
Sayt www.biography.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir.

Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar.

Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir.

2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir.

Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir. Digər tərəfdən, Ensiklopediya Nəşriyyatı ötən illər ərzində məlumat-sorğu ədəbiyyatını, ensiklopediyaları, dərslikləri, dərs vəsaitlərini, bədii və elmi ədəbiyyatı, o cümlədən dissertasiyaları, avtoreferatları, məqalələri və digər çap məhsullarını vaxtında və yüksək keyfiyyətdə təhvil verməklə müəlliflərin etibarını və məmnuniyyətini qazanmışdır.

Ensiklopediya Nəşriyyatı təkcə fiziki şəxslərlə deyil, həm də yerli və beynəlxalq statusa malik hüquqi şəxslərlə işləyir. ABŞ, Avstriya, Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Gürcüstan və s. kimi ölkələrlə müqavilələr bağlayaraq müxtəlif tədbirləri birgə təşkil edir və ölkəmizin digər dövlətlərlə yaratdığı elmi-mədəni və təhsil əlaqələrinin gücləndirilməsinə öz töhfəsini verir. Məhz bu amil Ensiklopediya Nəşriyyatını yerli və xarici partnyorların daim diqqət mərkəzində saxlayır.

“Ensiklopediya Nəşriyyatı”nın direktoru - Tanınmış politoloq və bioqrafiyaşünas-publisist, Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru, "Bioqrafiya" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, "Qızıl Qələm" mükafatı laureatı, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – "Nobel mükafatı laureatı İ.P. Pavlov adına Qızıl döş nişanı" mükafatı laureatı, Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) həqiqi üzvü Fikrət Nağıyevdir.

"Ensiklopediya nəşriyyatı" təklif edir:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda çap xidmətləri. Sərfəli və keyfiyyətli OFSET çapı. Maxofset dizayn studiyası nəşriyyatın bütün sahələri üzrə işləri təklif edir: illik hesabat, broşür, plakat, poster, flayer, hədiyyə sertifikatı, stolüstü təqvim, çevrilən divar təqvimi, reklam modulları, xarici reklam, xarici lövhələr, ştenderlər, menü və s. Etiket və bağlamanın dizayn-maketinin işlənməsi. POS-materialların dizayn-maketinin işlənməsi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]