Enver Hadri (alb. Enver Hadri) — Kosovalı alban olan hüquq müdafiəçisi. 1972-ci ildən Brüsseldə yaşayıb, Kosovoda İnsan Hüquqları Komitəsinin təsisçisi olub. 25 fevral 1990-cı ildə Brüsseldə svetoforda dayanarkən üç serb - Yuqoslaviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülüb[1][2][3]. Bu hadisə Sent-Gilles kommunasında, Sent-Bernard küçəsi ilə Viktuar küçəsinin kəsişməsində baş verir. Hadrinin yanında Serbiya tərəfindən Kosovoda öldürülən 32 albanın siyahısı var idi və o, ertəsi gün bunu Avropa Parlamentinin İnsan Haqları Komitəsinə təqdim edəcəkdi.
Enver Hadri | |
---|---|
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 1990 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qatillər Andrija Lakoniç, Veselin Vukotiç və Darko Aşanin idi. Lakoniç Hadrinin öldürülməsindən qısa müddət sonra Serbiyada Vukotiç tərəfindən öldürüldü, Aşanin isə əvvəlcə Yunanıstanda həbs olunur, oradan Belçika hakimiyyətinə göndərilməli idi, lakin Yunanıstanın ədliyyə nazirinin müdaxiləsindən sonra o, Serbiyaya aparılır. Elə həmin il Serbiyada öldürülür. Veselin Vukotiç 2006-cı ildə İspaniyada həbs edilib İspaniya polisinin məlumatına görə, Vukotiçdə Ənvər Hadrinin qətlindən əlavə, çoxsaylı qətllərlə bağlı keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviç haqqında ittihamedici sənədlər də olub. 2003-cü ilin aprelində BMT tribunalının müdafiə etdiyi şahid Miloşeviçin Haaqada keçirilən məhkəməsində ifadə verir. O, ifadəsində Yuqoslaviya kəşfiyyat xidmətlərində işlədiyini və Xadrinin qətlini etiraf edir. Rənglənmiş şüşə arxasından ifadə verən qorunan bir şahidin sözlərinə görə Vukotiç "mənə bütün Avropada albanların ləğvi barədə danışıb". O, bunu Yuqoslaviya məxfi xidmətinin göstərişi ilə edib. Nəhayət Xədrini öldürdüyünü xatırladıb.[4]
2006-cı ildə Kosovo Respublikasının Prezidenti doktor İbrahim Ruqova Ənvər Hadrini ölümündən sonra "Kosovonun azadlığı və müstəqilliyinə verdiyi töhfələrə görə" Kosovo Qəhrəmanı Qızıl Ordeni ilə təltif edib.