Enver Yücel

Ənvər Yücəl (1957, Giresun) — Türk iş adamı, pedaqoq, təşəbbüskar, XXI əsr təhsil futuristi və lider. Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumları İdarə Heyəti Başçısı; Uğur Hazırlık, Uğur Yayınları, Uğur Kariyer Merkezi, Uğur Dershaneleri, Bahçeşehir Kolejleri, Bahçeşehir Kolejleri Fen ve Teknoloji Lisesi, Uğur Okulları, Bahçeşehir Üniversitesi, BAU International University Washington DC, BAU International University Berlin, 2015–2016 təhsil ilində fəaliyyətə başlayacaq olan BAU International Tıp Üniversitesi Batum və Mentora Dil Okulları və CES Dil Okulu banisidir.

Enver Yücel
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri

Ənvər Yücəl bütün həyatını təhsilə həsr edən bir iş adamı və pedaqoqdur. 1974-cü ildən etibərənTürkiyə və dünyanın fərqli ölkələrindən tələbələri yüksək səviyyədə təhsil imkanı ilə təmin etməkdədir. Yücəlin fikrincə dünyadaki bütün problemlərin həlli təhsildir və məhz buna görə də təhsil sahəsini əslində bir "sosyal məsuliyyət" sahəsi olaraq görmək lazımdır. Yücəl, təhsilin dünyaya sülh gətirəcəyinə inandığı üçün dünyanın bütün ölkələrində bu sahədə fəaliyyət göstəməyə çalışır. ən önəmli fəaliyyətləri isə Mərakeşdən Cibutiyə, Somalidən Orta Şərqə, dünyanın müxtəlif regionlarından tələbələrə öz qurumlarında təqaüd verməkdir. Bu vasitəylə həm mədəniyyətlər arasında sülhə töhfə verir, həm də bu ölkələrdəki problemlərin həlli üçün təhsilli insan potensiyalının yetişdirilməsində rol oynayır.

Ənvər Yücəl 1957-ci ildə Türkiyənin Giresun rayonunda anadan olub. Orta təhsilini internat olan Haydarpaşa Lisesində bitirdikdən sonra indiki adı Marmara Universiteti Təhsil Fakültəsi olan İstanbul Atatürk Təhsil İnstitutunun riyaziyyat kafedrasını bitirib. Ənvər Yücəl özü kimi təhsilə könül vermiş olan riyaziyyat müəllimi Səmra Yücəl ilə evlidir və Hüseyin Yücəl ve Begüm Çabakçor adlı iki uşaqları var.

Ənvər Yücəl hal-hazırda Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumlarının İdarə Heyəti Başçısıdır.

Yücəl bütün Türkiyəyə yayılmış 47 illik Uğur Dershanelərində qazandığı təcrübəni özəl təhsil qurumlarının yayılmasında istifadə etdi və 1994-cü ildə Bahçeşehir Kolejinin təməlini qoydu. Qurumlarında müasir və dinamik dünya standardlarında təhsil verən Yücəl bu təşəbbüslərinə sadəcə təhsil sahəsindəki fəaliyyətləri ilə davam etməkdədir.

Yücəl, 2006-cı ildə Türkiyədə Bahçeşehir Fen ve Teknoloji Lisesini əsasını qoydu. Bahçeşehir Uğur Eğitim Vakfı adlı xeyriyyə təşkilatı vasitəsiylə liseylərə qəbul imtahanında ilk 500-ün içində olan şagirdləri gələcəyin alimləri olaraq yetişdirmək məqsədiylə tam təqaüdlə təmin etməkdədir. Məzunları dünyanın ən yaxşı universitetlərinə qəbul olan liseyin hal-hazırda 36 patenti var.

Ənvər Yücəl, 2004-cü ildə ABŞ-də gəncləri SAT (Scholastic Aptitude Test) imtahanlarına hazırlayacaq Ugur Educationı qurdu. Ugur Education ilə təhsildə "bir dünya brendi olmaq vizyonu"nu həyata keçirmək üçün ilk addımını atmış oldu, çünki Bahçeşehir Uğur Eğitim Kurumları ilə ABŞ arasında qurulan təhsil əməkdaşlığı eyni zamanda "müəllim ixracatı"nın da yolunun açılmasına təkan verdi.

Ənvər Yücəl bir müddət Tüm Özel Öğretim Kurumları Derneği’nin (TÖDER) sədirliyi vəzifəsini də icra eləmişdir. Bunların yanında hələ də Haydarpaşa Eğitim Vakfının qurucusu olaraq fəaliyyət göstərməkdədir. Global sahədə Dünya Təhsil Təşəbbüskarları Dərnəyi və Avropa İmtahan Hazırlama Mərkəzi İttifaqı sədirliyinin yanında Ənvər Yücəl New York University’s Steinhardt Schoolun dekanlık şurasının qəyyumlar heyəti üzvüdür.

Orta Şərq Sülh Universiteti Layihəsi

[redaktə | mənbəni redaktə et]

Ənvər Yücəlin son dövrlərdə Türkiyədə və dünyada çox əks səda doğuran və milli və beynəlxalq təşkilatlardan dəstək alan "Orta Şərq Sülh Universiteti Layihəsi" çalışmalarına sürətlə davam etməkdədir. Yücələ görə Orta Şərqdəki problemlərin həlli təhsildədir. Yücəlin fikrincə "təhsil çağındaki bu gənc əhalinin universitet təhsilindən məhrum qalmaqları, bütün Orta Şərq üçün vacib olan humanitar, sosyal və iqtisadi inkişafın liderləri olacaq universitet təhsili almış mütəxəssis bir nəsildən məhrum etməz sadəcə, bu gənclərin regiondaki digər ekstremist gruplara daxil olmaqlarına səbəb olar".

Ənvər Yücəl Orta Şərq Sülh Universiteti ilə strateji əhəmiyyəti çox böyük olan bu regionda daimi sakitlik və sülhün təhsil vasitəsiylə bərqərar olacağını söyləməkdədir. Qısaca ODBU (Orta Doğu Barış Üniversitesi) olaraq bilinən bu universitet, təhsil fəlsəfəsinə daxil etdiyi sülh, tolerantlıq və hörmət kimi universal dəyərlər işığında fərqli din, məzhəp və etnik kimliyə sahib tələbələrin regionda demokratiya və daimi sülh yaratmaq üçün lazım olan vasitələrə və ünsiyyət şəbəkəsinə sahib olmaqlarına şərait yaradacaq. Ənvər Yücəl, universitet daxilində həm program dizaynlarının bu fəlsəfə çərçivəsində həyata keçirilməsini, həm də akademiklərin çalışmalarını bu sahələrdə inkişaf etdirmələri məqsədi daşıyan "Sülh Və Tolerantlıq Üçün Araşdırma İnstitutu" qurulmasını planlaşdırmaqdadır.

Dekabr, 2012 Birləşmiş Millətlər Təşkilatı "UNCA" Ənvər Yücələ "Qlobal Təhsilə Qayğı" mükafatı

BMT himayəsində baş tutan və il boyunca davam edən BMT fəaliyyətlərinin mükafatlandırıldığı "UNCA" mükafatları New Yorkda təşkil olunan təqdimetmə mərasimiylə sahiblərinə təqdim edildi və bu il ilk dəfə bir Türk təhsil adamı — Ənvər Yücəl – bu mükafata layiq görüldü.

BMT Baş Katibi Ban Ki-Moon tərəfindən təşkil olunan bu mərasimdə Bahçeşehir Uğur Eğitim Kurumları Qurucusu ve Bahçeşehir Üniversitesi İdarə Heyəti Başçısı Ənvər Yücəl "Qlobal Təhsilə Qayğı" mükafatına layiq görüldü. Dünyada bu sahədə mükafat alan ilk Türk olan Yücələ mükafatını Ban Ki-Moon şəxsən təqdim etdi.

New-Yorkda təşkil olunan təqdimetmə mərasimində BMT-nin səlahiyyətli nümayəndələri ilə yanaşı bir çox siyasi xadim, diplomat, sənətkar və jurnalist və iştirak etdilər. Mərasimdə çıxış edən Ənvər Yücəl təhsilin önəminə diqqət çəkərək insanlığın gələcəyinin təhsil tərəfindən formalaşdığını qeyd etdi. Təhsildə problem yaşandığı zaman dünyanın da, insanlığın da itkiylə üz üzə qalacağını xüsusilə qeyd edən Ənvər Yücəl Türkcə sözlərlə bitirdiyi çıxışında, "Dünyada təhsilin həll edə bilməyəcəyi bir problem olmadığına inanıram. Bütün həyatım boyunca da bu məqsədə xidmət etdim. Hər şey ölkəm Türkiyə üçün, dünya üçün, insanlıq üçün. Bu mükafatı almaqda mənə böyük dayaq olan həyat yoldaşıma da çox təşəkkür edirəm" dedi. Təqdimetmə mərasimindən sonra Ban Ki-Moon ilə özəl bir görüş keçirən Ənvər Yücəl dünyadaki mövcud təhsil problemləri, xüsusilə də qaçqın uşaqların təhsil çətinlikləri və problemin həll yollarına dair BMT Baş Katibi ilə fikir mübadiləsi etdi. Daha əvvəlki illərdə müxtəlif sahələrdə mükafata layiq görülənlər arasında Bill Clinton, Sir Richard Branson, Angelina Jolie, Ted Turner, Nicholas Cage, Mira Sorvino, John Prendergast, Arnold Şvartsenegger də var. 

2008, Türkiyə Böyük Millət Məclisi "Üstün Xidmət Medalı"

Ənvər Yücəl təhsil sahəsindəki iş orbitinin yanında xüsusilə təhsil və mədəniyyət sahələrindəki çalışmaları və uğurlarına görə 2008-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən "Üstün Xidmət Medalı" ilə təltif edilmişdir.