Eol relyef — arid iqlim şəraitinə malik olan vilayətlərdə küləklərin fəaliyyəti nəticəsində əmələ gəlmiş relyef formaları. E.r. bütün enliklərdə güclü küləklərin hakim olduğu ərazilərdə də müşahidə edilir. E.r.formaları müxtəlifliyi ilə fərqlənir: akkumuliyativ, akkumuliyativ-deflyasion/ barxanlar, dyunlar, qum tirələri/, yardanqlar, şəbəkələr/. Küləklərin rejimi ilə əlaqədar olaraq eol relyef formalarının morfologiyası və ölçüləri müxtəlif olur.[1]
Coğrafiya terminləri lüğəti Bakı, "Altun kitab", 2016 2156 leksik vahid