Epiqraf

Epiqraf (yun. επιγραφή — "yazı")  — Başlıq, ideya yönümü, kimi tanımlaya biləcəyimiz epiqraf, elmi-bədii, siyasi-iqtisadi, ictimai-psixoloji – yəni təfəkkür dünyasını əhatə edən kitab, məqalə, araşdırma, məktub, gündəlik və b. yazı məhfumlarının başlığında, yaxud başlıqlarında hər hansı bir düşüncə adamının qısa fikri kimi işlədilir.

İşlədildiyi nümunəni, yön, fikir, ideya baxımdan, əhatə edir, ilkin anlayış, məqsədi nəzərdə tutur.

Epiqraf – [yun. epigraphe – yazı] 1)ədəbiyyatda əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər; zərbiməsəl, hikmətli söz; 2)qədim yunanlarda: kitabə, abidə (qəbir daşları) üzərində yazı; 3)bir əsərin və ya onun ayrı-ayrı hissələrinin (fəsillərinin) başında mövzunun xarakterini və inkişafını göstərən qısaca mətn: cümlə, zərbi-məsəl, hikmətli söz və s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.