Eqosentrizm (lat. ego — "mən", centrum — "mərkəz") — fərdin öz nəzər nöqtəsindən başqa hər hansı digər fikri qəbul etməməsi. Eqosentriklər özlərini və öz şəxsi fikirlərini və ya maraqlarını daha əhəmiyyətli və etibarlı hesab edirlər. Eqosentrik insanlar başqalarının fikirlərini, reallığın onların qəbul edə biləcəyindən fərqli olduğunu tam başa düşə və ya qəbul edə bilmirlər.[1][2]
Bu termin psixologiya elminə Jan Piaje tərəfindən, 8-10 yaşınadək uşaqlara xas olan düşüncə tərzini təsvir etmək üçün gətirilmişdir. Müxtəlif səbəblərdən bu cür düşüncə tərzi yaşlı adamlarda da qorunub saxlana bilər.[3]
Eqosentrizm və narsissizm fərqli anlayışlardır.