Eqzoterik

Eqzoterik [alm. Exoterich; fr. Exoterique; ing. Exoteric; yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru, xarici mənasını verər. Bir təlimin ictimaiyyətə açıqlanan və bilməsinə icazə verilən qisimlərini ifadə edir. Ezoterik, etimoloji olaraq ―içə dönük, daxili mənasını verir. Bir təlimin, seçmə seqmenti xaric, ictimaiyyətə açıqlanmayan və bilməsinə icazə verilməyən sirli hissələrini ifadə edir.

Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”