Ərətna bəyliyi — Anadolu bəyliyi
Tarixi dövlət | |
Ərətna bəyliyi | |
---|---|
|
|
Paytaxt | Sivas |
Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra, onun hakimiyyəti altındakı yerlər Elxanlılar dövlətinin əlinə keçmiş və Elxani valiləri tərəfindən idarə edəlməyə başlanmışdı. Bunlardan birisi də Ərətna bəy idi. Cəfər bəy oğlu Ərətna (Türküstan ağzında Ertene), Elxani idarəsindəki bir çox bənzərləri kimi Uyğur türklərindəndi[1][2][3][4][5][6][7][8][9] və Elxanlı hökmdarı tərəfindən Anadolunun bütün valiliyinə gətirilmişdi. Ancaq bir müddət sonra Elxani hökmdarı Əbu Səid Bahadır xanın vəfatı ilə başlayan taxt çəkişmələri üzərinə, 1344-cü ildə müstəgilliyini elan edərək Sultan adını almış, Ələddin ünvanıyla öz adına pul çixartmiş və təqribən bütün Orta Anadolu ilə Doğu Anadolunun önəmli bir bölümünə hakim olmuştur. Dövlətin paytaxti başlangıcda Sivas ikən, daha sonra Kayseri olmuş və dövlət yıxılıncaya qədər də belə davam etmişdir.
Sultan Ərətna bəy Uyğur və Ərətnalılar dövləti üzərinə ən ciddi və aydınladıcı çalışmalar yapanlardan biri olan Prof. Dr. Kamal Gödenin də incəliklə vurgulayaraq araşdırmaçıların diqqətinə çatdırdığı kimi: "Anadolu kimi türkmən bəylərinin yer yer istiqlallarını elan etməyə hazırlandıqları bir əyalətdə bir Uyğur türkü olan Emir Eratnanın başarılı olması nə dərəcə mümkün olmuş, nə dərəcə Anadolu Türk insanı Eratnaya itaət etmiş və nə dərəcə də Türkmən Bəyləri üzərində nüfuz qurabilmişdir?"[1] Gərçi Kamal Göde, öz soruşduğu bu suala son dərəcə açıqlayıcı cavablar verir amma, Türk dünyasının nüfuzlu tarix bilginlərindən Zəki Velidi Togandan yapılacak qısa bir alıntının da bu mövzuda olduqca açıqlayıcı olacağı düşünülə bilir:
"Əmir Ərətna, …valiyi umumilər arasında ən parlaq şəxsiyətdir. Özü uyğur olduğu kimi, ətrafında da uyğurları toplamışdı. Məhəmməd Ibn Əli Şəbankarə onun haqqında: ‘Əmir Ərətna, Əbu Səid Bahadur xanın yarlığıyla Rum vilayətləri idarəsinə məmur təyin edilmişdi. Əbu Səid xanın vəfatından sonra o, məmləkəti ədalətlə idarə edib, bərpa etdi. …Bu xüsusda o qədər irəli getdi ki, Anadolu məmləkətinin əhalisi ona ‘Kosa peyğəmbər’ demişdir. Və özündən sonra yaxşı ad qoyaraq Allahın rəhmətinə getdi’ deməkdədir.[10]
Müasirlərindən Hələbli Nurəddin Həsən isə ‘Ərətna adil, təbəəsi arasında sayılan, əzmli, cəsur və mükərrəm olub, hərkəs haqqında mültefit və mütəvazı idi’ deyir. Misirli Səlahəddin Safadi də onun mütədəyyin, xeyirsevər, təmiz və pəhrizkar, elm və fəzilət əhilləriylə söhbətdən doymaz və fəzilət sahibi olduğundan bəhsetmişdir."
Ünlü səyyah İbn Bətuta (1304–1377) da Anadolu müşahidələrini yazarkən, qonağı olduğu Əmir Ərtənadan öyərək, onun ərəbcə bilgisinə heyran olmuş və fəzilətindən bəhs etmişdir.[11] Yenə, Ərətna dövlətinin qurulmasından az öncə Məmlük Türk hökmdarının Sultan Əratnaya göndərdiyi məktubdakı ifadələr üzərində duran Prof. İsmayıl Hakkı Uzunçarşılı da, o dönəmdə Sultan Eratnaya digər valilərə görə daha çox önəm verildiyinin və üstün tutulduğunun altından xətt çəkər.[12]
Ərətna oğulları dövləti ən geniş şəkliylə, Türkiyənin Ankara, Kırşehir, Nevşehir, Yozgat, Tokat, Çorum, Amasya, Niğde, Kayseri, Sivas, Erzincan, Ərzurum, Tunceli, Samsun, Gümüşhane, Giresun, Malatya şəhərlərini əhatə edirdi. Bu ərazi, 214.000 km2
etməkdədir. Bir müddət sonra Ankara, Niğde, Kırşehir, Nevşehir, Samsun kimi çeşidli yerlər digər Anadolu Bəyliklərinə keçmiş, geri qalan bölgələrdə isə yıxılana qədər hökm sürmüşdür.
Anadoludakı hakimiyyəti yarım əsr yaşayan Ərətna Bəyliyi adil və xalqa qarşı müşfiq idarəetmə ilə yanaşı, hakim olduğu yerlərin abadlaşdırılmasına da böyük önəm vermişdir. Bu dönəmdə çox əsər də inşa edilmiş, bunlardan Kayseri, Sivas, Tokat və ətrafındakılardan bir qismi günümüzə qədər də ayaqda qalabilmişdir. Məsələn, Sivas Güdük Minarə, Kayseri Köşk Mədrəsə, Kayseri Sırçalı Günbəzi və Əli Cəfər Günbəzi, Niğde Sungur Ağa Câmisi və Günbəzi bu əsərlərdəndir.
Dövlətin qurucusu Sultan Əratna bəy 1352-ci ildə Kayseridə vəfat etmiş və Gültəpə məhəlləsindəki Köşk Mədrəsəsi kimi taninan yerin həyətinə dəfn edilmişdir. Eratna Dövləti isə 1381-ci ildə, daha öncə dövlətə naiblik edən Qazi Burhanətdin Əhmədin taxtı ələ keçirməsiylə süqut etmişdır.
O dönəmdə Anadoluya gəlmiş bir çox başqa Türk boyları kimi, bu gün Uyğurlar da ana kimlikləri olan Türk adıyla Anadolu Türkləriylə qarışmışlardır. Bu gün Anadolunun Amasya və Hatay şəhərlərində Uyğur adıyla taninan yaşayış yerləri vardır. Buna əlavə olaraq, ilkin 1950-ci illərdə, sonrasında 1960-cı illərdə (1965 ve 1967-ci ildə iki böyük grup olaraq), Doğu Türküstanı tərk etməyə məcbur olan Uyğur Türkləri, Kayseri başda olmaqla Türkiyənin müxtəlif şəhərlərində yerləşdirilmişdilər. Bu gün Anadoluda 20–30 min civarında Uyğur Türkü olduğu təxmin edilir.
Son olaraq bunu qeyd etmək lazımdır ki, əslində Orta Asiyadan Anadoluya uzanan Türk dünyası, bugünkü adlandırılmalar nə olursa olsun, iç içe keçmiş və tarixin ən kritik dönəmlərində dayanışma, birlik içinde bulunmuş eyni millətin ayrılmaz parçalarıdır. Onların tarixləri bir-birlərindən ayrı tutularaq parçalanmayacaq və ayrışdırılmayacaq qədər sağlam bir bütünlüye malikdir.