Erkin Şamxal oğlu Məmmədov — Azərbaycan alimi, kimya elmləri doktoru, professor.
Erkin Məmmədov | |
---|---|
Erkin Şamxal oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | (63 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti (indiki BDU) |
E.Ş.Məmmədov 1940-cı il fevralın 15-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxumuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olunmuş, 1962-cil ildə oranı bitirmişdir. 1962–1975-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə kiçik, sonra isə böyük elmi işçi vəzifələrində işləmişdir. 1976-cı ildə o, Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə Azərbaycan EA Kimya Problemləri İnstitutuna keçirilmiş və orada yeni yaradılmış Selenüzvi və biokimya laboratoriyasına müdir seçilmişdir.
1966-cı ildə "Feniletilenqlikolun alkoksimetil efirlərinin sintezi və tədqiqi" mövzusunda namizədlik, 1985-ci ildə isə "Tərkibində selen və oksigen saxlayan heterotsiklik birləşmələr" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildə "Element üzvi birləşmələr" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Professor E.Ş.Məmmədov respublikada üzvi kimyanın nisbətən az öyrənilmiş sahələrindən biri olan selenüzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi sahəsində yeni istiqamətin ilk tədqiqatçılarından biri olmuşdur.
Professor E.Ş.Məmmədov tərəfindən istər günəş enerjisinin çeviriciləri kimi, istərsə də üzvi fotokeçiricilərin sensibilizatorları kimi istifadə oluna bilən selendiimidlərin sırasından olan fotoaktiv üzvi birləşmələr sahəsində də elmi araşdırmalar aparılmışdır.
Erkin Məmmədov Bakı şəhəri Səbail rayon sovetinin deputatı, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
Professor E.Ş.Məmmədovun elmi tədqiqatlarının nəticələri 190-dan artıq elmi əsərdə cəmləşmişdir ki, onlardan 53-ü müəlliflik şəhadətnaməsidir. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 8 elmlər namizədi dissertasiya müdafiə etmişdir.
E.Ş.Məmmədov 2003-cü il noyabr ayının 3-də qəflətən vəfat etmişdir.
Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.112–113.